Fərqinə varılmayan kiçik problemlər cinsi həyatınıza mənfi təsir edə bilər

Fərqinə varılmayan kiçik problemlər cinsi həyatınıza mənfi təsir edə bilər
Cinsəl sağlamlıq
10.09.2017 76
Fikir verilməyən kiçik problemlər cinsi həyata mənfi təsir edə bilər.

Bilindiyi kimi yuxusuzluq bir çox sağlamlıq problemini özü ilə birikdə gətirir. Cinsi həyata olduqca pis təsir göstərən yuxusuzluq cütlərin fikir vermədiyi xırda problemlərdən hesab olunur. Nizamlı və sağlam bir cinsi həyat üçün gündə ən azı 6 saat yatmaq lazımdır.

Depressiya, bir çox qadının cinsi istəksizliyində böyük rol oynayır. Qadın kişi əlaqələrində olduqca mənfi təsirə sahib olan depressiyanın mütəxəssislər tərəfindən müalicə edilməsi vacib məsələlərdən biridir. Stressli bir iş həyatı kişilərdə libido səviyyəsini salmaqdadır.

İş həyatında olan stress, evə iş gətirmək və s, əlaqələrdə qarşı cinsin gərilməsinə səbəb ola bilər. Həmin problemlərin qarşısını almaqla aktiv cinsi həyatı bərpa etmək olar.

Çəki almaq da həm fiziki, həm də ruhi mənada özünə inamı azaldan bir vəziyyət hesab olunur. Bu baxımdan qadın ya da kişidə artıq çəki olduqda özünə etibar və inam azaldığından zamanla cinsi həyatda istəksizlik halları ola bilər. Özünə inam əskikliyi cütlərin əlaqələrində ciddi problemlər yarada bilər.

İstifadə edilən dərmanlara da diqqət yetirmək lazımdır. Əks təsirləri yorğunluq və halsızlıq olan bir dərman, cinsi əlaqənin tamamilə soyumasına səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!