Vaginizm (ilk gecə qorxusu) hansı qadınlarda rast gəlinir?

Vaginizm (ilk gecə qorxusu) hansı qadınlarda rast gəlinir?
Cinsəl sağlamlıq
10.09.2017 23
Vaginizm qızların çoxu dini ailədə böyümüş, əxlaqi dəyərlərə aşırı dərəcədə önəm verən ailədə ciddi nəzarət altında böyüdülən , ali təhsil almış, dünya görüşlü və ənənəvi ailədə böyümüş qızlarda vaginizmə rast gəlinir. Bu qızların arasında cəmiyyətdə müəyyən yer tutmuş müəllimələr və həkimlər də az deyil.



Qeyd etməliyəm ki,təcavüzə uğramış və ya təcavüzə şahid olmuş qızlarda ( əlbətdə ki ,bizim ölkədə bu hallar demək olar ki yoxdur) , bəzi hallarda uşaq yaşlarında ata- anasının cinsi əlaqəsinə şahid olmuş , ögey ata və qardaş yanında böyümüş qızlarda da vaginizm yarana bilir. Onlar ögey ata və qardaşından özünü qorumaq mövqeyində olduğuna görə şüuraltı olaraq özünü ərindən də qoruyur.



Söylənilənlərdən görünür ki, Vaginizm hər cür həyat tərzi keçirən , böyümə şəraitindən asılı olmayan qızlarda rast gəlinə bilir. Vaginizm qızlar uşaq vaxtından imalədən çəkinir, hətda qorxur. Onlar oturarkən belə çox gərgin  vəziyyətdə ayaqlarını və ya bütün bədən əzələlərini yığararaq  otururlar. Özləri də etitaf edir ki ”Oturanda da özümdən asılı olmayaraq gərgin oluram, özümü çox sıxıram”. Vaginizm qızlar xasiyyətcə özlərinə qapanan, sözlərini doğmaları ilə belə paylaşmayan, alınqan, küsəyən, ağlağan, həssas olurlar. Onlar asanlıqla psixi travma almağa və depressiyaya girməyə meylli olurlar. Onlar o qədər qapalı olurlar ki,hətda ərləri ilə cinsi əlaqələrinin baş tutmamasını öz doğmalarına belə bildirmirlər. İllərlə bu problemi gizlədərək özlərini böyüklərin köməklərindən əsirgəyirlər.



 Dr. Günay Hacıyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!