Bir çox kişi cinsi nümayəndələrinin problemi

Bir çox kişi cinsi nümayəndələrinin problemi
Cinsəl sağlamlıq
10.09.2017 28
Bir çox kişi cinsi nümayəndələrinin problemi:

 

"qadın elə olmalıdır, qadın belə olmalıdır, namuslu olmalıdır, bakirə olmalıdır, evdən çölə çıxmamalıdır, qısa geyinməməlidir, siqaret, içki istifadə etməməlidir, gecə çölə çıxmamalıdır, başıaşağı olmalıdır, söz qaytarmamalıdır, sevgilisi olmamalıdır, kimsəylə öpüşməməlidir, əl-ələ tutmamalıdır"

 

Bu siyahını istənilən qədər uzatmaq olar. Bəli, bir çox erkəklərin gözündə qadın budur, onlar öz aləmlərində qadının tərifini bax beləcə verirlər. Bir sözlə, qadın bu erkəklərin

istədiyi kimi olmalıdır. Amma heç qadından soruşan yoxdur ki, ay qadın, sən özün necə olmaq istəyirsən? Qadının necə olmaq istədiyi bu tiplərin heç vecinə deyil,

əsas budur ki, qadın onların istədiyi kimi olsun... Onların istədikləri kimi olmayan qadınlara isə damğa vurmağa, ləkələməyə, min cür söz qoşmağa, əxlaq mühakiməsindən keçirməyə çalışırlar. Səbəbini soruşduqda isə deyirlər ki, qadını öz istədiyi hala buraxsan, qadın bunların

namusunu ləkələyər. Adama deyərlər sənin namusun niyə qadından asılıdır ki? Sənin özünə aid bir namus qavramın yox mu? Özünə aid bir namus qavramı olmayıb

qadın üzərindən namusluluq duyğusu yaşamağa, "namuslanmağa" çalışan tiplərdir bunlar... Ona görə də qadının vücuduna dair hər şeyi sanki özəlləşdiriblərmiş kimi sahiblənib özlərinin malı-mülkü hesab edirlər... Siqaret, içki əxlaq göstəricisi hesab olunursa, bu o deməkdir ki, o zaman

dünyadakı erkəklərin çox hissəsi əxlaqsızdırlar. Nədən həmin erkəklər bunu qəbul etmirlər də, amma iş qadının siqaret, içki istifadə etməsinə gələndə əxlaq

keşikçisi kəsilirlər başımıza? Əsl əxlaqsız insanların şəxsi həyatına yeri gəldi-gəlmədi burnunu soxan və onları ittiham edən tiplərdir...

Siqaret sadəcə bir alışqanlıqdır, bir tək vücuda zərərli

olmasından başqa, əxlaqa heç bir aidiyyəti yoxdur, nə kişi, nə də qadın üçün...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!