Ac qalmaq cinsi həyata necə təsir edir?

Ac qalmaq cinsi həyata necə təsir edir?
Cinsəl sağlamlıq
10.09.2017 12
"University of California"nın alimlərindən biri olan Alis İli  aclığın qadınların cinsi həyatına təsirini araşdırıb. Professorun "Appetite" jurnalında yayımlanan araşdırmasına görə, qadınlar ac olanda seksə maraqlarını itirirlər.



Tədqiqata cəlb edilən könüllü iştirakçıların beyinlərinin romantik əhval-ruhiyyəli və erotik fotolara verdiyi reaksiya ölçülüb. 8 saat ac saxlanılan qadınların beyni fotolara heç bir reaksiya verməyib. Yemək yedikdən sonra eyni fotolara yenidən baxan qadınların beyninin müəyyən bölgələrində güclü fəaliyyət müşahidə edilib.

Professor bildirir ki,  "ac olanda narahat və əsəbi oluruq, doyduqdan sonra isə daha pozitiv şeylər düşünməyə və hiss etməyə başlayırıq".



Professor eyni testi kişilərlə də etməyi planlaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!