Spermoqrammanın nəticələri

Spermoqrammanın nəticələri
Cinsəl sağlamlıq
10.09.2017 19
1 il ərzində hamiləlik baş tutmazsa, ailə cütlüyü sonsuzluğa görə lazım
olan müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.

Kişi mütləq spermoqramma verməlidir. Bəzi kişilər bu müayinədən utanır
və ya bunu lazımsız bilirlər. Lakin bu müayinə olmadan sonsuzluğun əsl
səbəbini aşkar etmək və sonsuzluğu tam effektli şəkildə müalicə etmək
mümkün deyil.

Spermoqrammanın nəticələrinin maksimal düzgün olması üçün müəyyən
şərtlərə riayət etmək lazımdır. Spermoqrammadan 3-4 gün əvvəl cinsi
əlaqəyə girmək, saunaya getmək, isti vanna qəbul etmək, soyuqlamaq,
alkoqol içkiləri qəbul etmək, güclü fiziki gərginliklərə məruz qalmaq
(idman və s.) olmaz. Bu analizi verən kişi tam sağlam olmalıdır.

Kişidə spermoqrammanın normal olması həkimlərin işini xeyli
asanlaşdırır. Bu halda həkimlərin bütün diqqəti qadın orqanizmində
mümkün olan pozulmalara yönəlir.

Nəticələrə görə spermoqramma normal sayıla bilər və ya spermoqrammada müəyyən pozulmalar aşkar oluna bilər.

Spermoqrammanın nəticələri bu kimi ola bilər:

- Normospermiya. Bu o deməkdir ki, spermanın bütün göstəriciləri
normaldır. Əgər bu halda hamiləlik baş vermirsə, problem qadının
orqanizmindədir və ya ailə cütlükdə bioloji uyğunsuzluq var.

- Normozoospermiya. Spermanın bütün əsas göstəriciləri (həcmi,
hərəkətlilik və s.) normaldır. Lakin spermanın mayalanma qabiliyyətinə
təsir etməyən bəzi dəyişikliklər də vardır  (məsələn, dairəvi hüceyrələr
artıq saydadırır, pH-ın, qatılığın, eyakulyatın durulaşmasının
göstəriciləri bir qədər normadan kənardır və s.). Bu dəyişikliklərin
səbəbi kişinin yaşı, cüzi iltihab ola bilər. Lakin qadın sağlamdırsa və
bioloji uyğunsuzluq yoxdursa, hamiləlik baş tutmalıdır.

- Oliqospermiya. Eyakulyatın miqdarının az olması (2 ml-dən az). İlk
dəfə kişidə oliqospermiya təyin olunduqda, bu narahatçılıq üçün səbəb
sayılmır. Spermoqramma təkrar verilməlidir ki, bunun səbəbi kişinin
təcrübəsizliyi (spermanın bütün həcmi konteynerə yığa bilmədi və s.),
analizdən əvvəl cinsi əlaqə, güclü fiziki gərginliklər (idman zalında
məşğələlər və s.), hər hansı xəstəlik və s. ola bilər. Əgər bir neçə
analizdən sonra diaqnoz təsdiq olunarsa, bu hal sonsuzluğa səbəb ola
bilər. Oliqospermiyanın səbəbi köhnə iltihab, xayalığın travması, bəzi
nadir hallarda hormonal problemlər ola bilər. Kişi uroloqa və ya
androloqa müraciət etməli, lazım olan müayinələrdən keçməli və müalicə
almalıdır.

- Oliqozoospermiya. Spermatozoidlərin miqdarının kifayət qədər olmaması 
(spermanın 1 ml-də spermatozoidlərin 20 milyondan az olması). Səbəb -
travmanın və iltihabın nəticəsində xaya toxumasının çapıqla əvəz
olunması, nadir hallarda kişidə olan hormonal  pozulmalar.
Oliqozoospermiya sonsuzluğa səbəb ola bilər. Müalicə effekt vermədikdə
süni mayalanma üsullarında istifadə oluna bilər.

- Azoospermiya. Spermada spermatozoidlərin olmaması. Bu halda sperma
şəffaf olur. Səbəb - iltihablar, kişi cinsiyyət sisteminin anadangəlmə
patologiyaları, travmalar, varikosele, genetik mutasiyalar. Bir çox
hallarda müalicə mümkünsüz olur.

- Astenozoospermiya. Spermatozoidlərin hərəkətliliyinin kifayət qədər
olmaması (A kateqoriyalı spermatozoidlərin sayının 25%-dən az olması və
ya A+B kateqoriyalı spermatozoidlərin sayının 50%-dən az olması). Səbəb -
təzə iltihab, bəzi hallarda kişidə olan hormonal  pozulmalar. Müalicə
effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Akinozoospermiya. Spermada spermatozoidlərin tam hərəkətsizliyi.
Səbəblər - mühitin faktorları (yüksək hərarət, vibrasiya, radiasiya,
narkotiklərin qəbulu və s.), hormonal problemlər, autoimmun xəstəliklər.
Əksər hallarda akinozoospermiya zamanı süni mayalanma üsullarından
istifadə olunur.

- Teratozoospermiya. Anomaliyalı spermatozoidlərin (quyruqsuz, başsız və
s.) sayının artması (50%-dən artıq). Səbəblər - mühitin təsiri,
hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Bir çox
hallarda zədələyici faktor aşkar etmək mümkün olmur. Müalicə effekt
vermədikdə, süni mayalanma üsullarından istifadə olunur.

-  Nekrozoospermiya. Spermada canlı spermatozoidlərin olmaması. Səbəb -
mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik
faktorlar. Zədələyici faktoru müəyyən edərək onu aradan qaldırmaq mümkün
olmadığı halda, süni mayalanma üsullarında istəfadə oluna bilər.

- Leykositospermiya. Spermada leykositlərin sayının artması (1 ml
spermada 1 mln. leykositlərdən  artıq). Səbəblər sidik-cinsiyyət
sisteminin iltihabı, bəzi hallarda isə prostat vəzinin və ya xayalığın
təzə travması.

- Hemospermiya. Spermada eritrositlərin olması (normada olmamalıdır). Bu
halda sperma çəhrayı və ya qəhvəyi rəng ala bilər. Əksər hallarda bunun
səbəbi sidik-cinsiyyət sisteminin iltihabi prosesləri və ya travma,
nadir hallarda isə adətən yaşlı kişilərdə həmin orqanların xərçəngi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!