Cinsi gücü artıran mürəbbə hansıdır?

Cinsi gücü artıran mürəbbə hansıdır?
Cinsəl sağlamlıq
10.09.2017 32
Qoz mürəbbəsi: Qışın ən faydalı meyvələrindən biri də qozdur. Əgər qoz
yeyəndə üzünüzdə sızanaqlar yaranır və ya qoz yeməyi xoşlamırsınızsa,
sizə bu möcüzəvi meyvənin mürəbbəsini tövsiyə edirik. Qoz mürəbbəsi də
qozun bütün faydalarını ehtiva edir. Bu mürəbbə insan orqanizimində yod,
həmçinin C, E, və B vitaminlərinin çatışmazlığını aradan qaldırır.
Qoz mürəbbəsi yedikdə zehni qüvvətləndirir, qavramanı artırır.
Tərkibindəki omeqa-3 maddəsi sayəsində ürək damarlarının tıxanmasının
qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Xolesterolu aşağı salma
qabiliyyətinə malik olan qoz döş xərçəngi başda olmaqla bir çox xərçəng
növünə tutulma riskini azaldır.
Tərkibindəki melatonin sayəsində yuxu pozğunluğu çəkən şəxslərdə
narahatlığı aradan qaldırır. Qoz sinir sisteminə zərər verən parkinson
kimi xəstəliklərin inkişafını dayandırır. Orqanizmi manqan və mislə
təmin edir.
Alma mürrəbbəsi ürək bulanmasına qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.
Badam mürəbbəsi öskürəyi kəsir.
Zəncəfil mürəbbəsi sidikqovucu təsirə malikdir. Mədə, böyrək və sidik kisəsi üçün faydalıdır. Bəlğəmə qarşı da çox faydalıdır.
Qabaq mürəbbəsi cinsi həvəsi artırır, bədəni kökəldir, qəbizliyi aradan
qaldırır, daxili orqanları möhkəmləndirir. Təmiz qan yaradır. Sinə
ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması
zamanı faydalıdır.
Heyva mürəbbəsi həzm üçün faydalıdır. Ürəkbulanma və ishala yaxşı təsir edir.
Yerkökü mürəbbəsi səsi təmizləyir. Ağciyərləri toksinlərdən təmizləmək
üçün faydalıdır. Qaraciyər üçün də xeyirlidir. Həmçinin həzmə kömək edir
və cinsi fəaliyyəti qücləndirir.
Naringi və ya limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhkəmləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!