Cinsi yolla yoluxan xəstəliklər hansılardır

Cinsi yolla yoluxan xəstəliklər hansılardır
Cinsəl sağlamlıq
10.09.2017 54
İnfeksiya quruluşçu bir mikrob tərəfindən meydana gələn və insana vaginal, anal, oral seks də daxil olmaq üzrə cinsi əlaqə yoluyla keçən xəstəliklərə, cinsi yolla yoluxan xəstəliklər deyilir. Bu qrupdakı bəzi xəstəliklər qan vermə və ya alma, maddə asılılarında iynə yoluyla, öpüşmə yoluyla, eyni qab istifadəsiylə, eyni dəsmal istifadəsiylə, qucaqlaşmaqla, doğumda və əmizdirmə əsnasında da keçə bilər.



Yoluxma yolları: Ən sıx görülən  yoluxma yolu qorunmadan cinsi əlaqədir. Cinsi əlaqədə olduğunuz partnyor sayı artdıqca risk də artır. Bu səbəbdən birdən çox adamla cinsi əlaqədə olmaq təhlükəlidir. Kondom istifadə etmədən cinsi əlaqə zamanı yoluxma ola bilər. Kişidə sperma, qadında isə vagina mayesi, mikrob daşıya bilər. Cinsi yolla yoluxan  xəstəliklər hansılardır?



Bel soyuqluğu

Sifilis

Yumşaq çiban

Klamidya Tricomatis

Tricomanas Vaginalis

Artıma orqanlarında uçuqlar

İnsan Papillom Virus (HPV)

Hepatit B Virusu

AIDS/HIV



Qorunma yolları:  Qorunma yollarının başında xəstəliyi yoluxdura biləcək davranışlardan uzaq dayanmaq gəlir. Çox sayda adamla əlaqə yaratmaq, başqalarıyla cinsi əlaqə yaratmağı peşə halına gətirənlərlə əlaqə yaratmaq və bu əlaqələr əsnasında kondom istifadə etməmək riski artırır.

HIV, AIDS və Hepatit B riskinə qarşı qanla bulaşma yoluna diqqət yetirilməlidir. Bərbər və bərbər salonlarında və səhiyyə təşkilatlarında ümumi xidmətdə istifadə edilən vəsaitlərin təmizliyindən əmin olunmalıdır.

Başqalarının yaralarına çılpaq əllə toxunmaq, eyni injeksiyanı istifadə etmək, qan qardaşı olmaq, eyni təraş bıçağını ya da ülgücü istifadə etmək yoluxma təhlükəsini artırar.

Xüsusilə cinsi orqanlarda meydana gələn yara, sızanaq və ya qaşınma dərhal müalicə edilməsi lazımdır, çünki bu yaralar asan xəstəlik  tutmağa səbəb olar.



Kişilərdə: sıx sidiyə çıxma və sidikdə yanma, ağrı.

Penisten sidik sonrası və ya davamlı axıntı

Penis səthində ağrılı xoralar və əzələlərdə əllə hiss edilən sərtliklər



Qadınlarda: sidiyə çıxmada ağrı və yanma, sıx sidiyə çıxma

Tünd rəngli və pis qoxulu axıntı

Hər iki cinsdə də; cinsi əlaqə əsnasında ya da cinsi orqanlarda davamlı ağrı

Sıx ölü doğum

Cinsi orqanlarda uçuğa bənzər töküntülər, şiddətli ağrı

Qıçların arasında qalan və cinsi orqanları örtən əzələ toxuması bölgəsində apselər.



Bu simptomlar görülən zaman dərhal bir sağlamlıq mərkəzinə müraciət edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!