Cinsi istəyi artırmağın yolları

Cinsi istəyi artırmağın yolları
Cinsəl sağlamlıq
10.09.2017 27
Bildiyimiz
kimi əsas sağlamlıq növlərindən biri cinsi sağlamlıqdır. Məlumdur ki,
bəzi ailələrdə cinsi istəksizlik probleminin olması nəsil artırmaya
ciddi təsir göstərir. Uşaqlı ailələrin bir çoxunda sıx iş tempi,
uşaqlara ayrılan vaxt, ev işləri, romantik problemlər və sağlamlıq
problemləri kimi bir çox faktorlar cinsi istəyi azaldır.

Bu
problemi həyat tərzinin vacib elementlərinə əməl etməklə həll etmək
olar. Bunun üçün sağlam olmaq, idmana başlamaq, düşüncə tərzini inkişaf
etdirmək, testosteron hormonu artıran qidalardan yararlanmaq, şokalad və
bitki çaylarından istifadə etmək kifayətdir. 

 

Sağlam olmaq

Aktiv
cinsi həyatda sağlam olmaq hər baxımdan əhəmiyyətlidir. Çünki cinsəllik
yalnız ruhən deyil bədən və zehni cəhətdən edilən bir fəaliyyətdir.

Keyfiyyətli
bir orqazm üçün qan azlığı, ürək, böyrək və qaraciyər çatışmazlığı,
şəkər xəstəliyi, damar sərtliyi kimi narahatlıqların olmaması lazımdır. 



İdman etmək

Bədənə
uyğun idman məşqlərinin faydaları çoxdur. İdman cinsi həyat üçün
olduqca əhəmiyyətlidir. Daimi idman etmək performansı artırır və cütləri
aktiv edir.

 

Düşüncə tərzi 

Cinsi
istək ilk olaraq zehində oyanır. Düşünərkən xəyal etməkdən,
fantaziyalar qurmaqdan çəkinməyin. Bu üsullar cinsi istəyi artırmaq üçün
əhəmiyyətlidir.

 

Şokolad Təsiri 

Xoşbəxtliyin
ən şirin düsturlarından biri şokoladdır. Cinsi gücü artırıcı təsirə
malik şokalad (Xüsusən Bitter şokaladı) impulsları hərəkətə gətirərək
gücləndirir.

 

Testosteronun gücünü artırmaq

Cinsi
istəyi oyandıran testosteron hormonudur. Bu baxımdan yulaf, akula,
balina, krevet, soya paxlası, buğda kəpək və balqabaqdan istifadə edərək
testosteron hormonunu artırmaq olar. Eyni zamanda həkim müalicəsində
hormon səviyyəsini artırmaq olur.

 

Bitki çayları 

Bitki çaylarından küncütün, darçının, nanənin və s. bitki çaylarının afrodizyak təsiri olduğundan məsləhət görülür.

 

Duş almaq

İsti duş əzələləri yumşamasına və boşalmasına səbəb olur. Bu baxımdan cinsi əlaqədən əvvəl isti duş qəbul edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!