Öpüş zamanı yayılan bakteriyaların sayı alimləri şok etdi

Öpüş zamanı yayılan bakteriyaların sayı alimləri şok etdi
Cinsəl sağlamlıq
10.09.2017 22
Alimlər iddia edir ki, on saniyəlik öpüş zamanı bir partnyordan digərinə 80 milyon bakteriya keçir.

Bundan
başqa, gündə ən azı doqquz dəfə öpüşən insanların ağız nahiyəsində eyni
mikroblar mövcud olur. Yeni tədqiqatın nəticələri "Microbiome”
jurnalında dərc edilib.

Hollandiya
alimləri, eləcə də Amsterdamda yenicə açılmış "Mikropiya” mikrob
zooparkının əməkdaşları 21 cütlüyün üzərində tədqiqat aparıblar.
Könüllülərdən gündə nə qədər öpüşmələri soruşulub.

Onlardan ağız nahiyəsindən təhlil üçün nümunə (dilin və ağız suyunun mikroflorasını müəyyənləşdirmək üçün) götürülüb.

Partnyorlar
nə qədər çox öpüşürlərsə, ağız suyunun mikrobiomu o qədər identik olur:
praktiki olaraq eyni mikrobiom üçün isə gün ərzində doqquz öpüş kifayət
edir.

"Partnyorun
dili və ağız suyu ilə kontaktı ehtimal edən Məhəbbət öpüşü Homo
sapiens-in unikal özəlliyidir. Belə öpüşlər planetin 90 faiz
mədəniyyətində yayılıb. Biz onların insan mikrobiomuna necə təsir
etdiyini anlamaq istəyirdik”, – işin aparıcı müəllifi Remko Kort (Remco
Kort) qeyd edib.

Nəzarət
edilən eksperimentin gedişatında hər cütlüyə bakteriyaların
ötürülməsini ölçmək üçün tərkibində Lactobacillus və Bifidobacteria olan
içki verilib. Eksperimental öpüş zamanı alimlər aşkar ediblər ki,
partnyorun ağız suyunda probiotiklərin sayı üç dəfə artıb. Həmçinin
hesablayıblar ki, on saniyəlik öpüş zamanı bir partnyordan digərinə 80
milyon bakteriya keçir.

Amma
alimlər qeyd edib ki, öpüşlərin çoxluğu ağız mikroflorasına təsir
etmir. Həyat tərzinin, yemək tərcihlərinin, şəxsi gigiyena oxşarlığı –
bu amillər daha çox təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!