Cinsi əlaqə zamanı təhlükə

Cinsi əlaqə zamanı təhlükə
Cinsəl sağlamlıq
10.09.2017 29
İnfeksiya xarakterli bir mikrob tərəfindən yol açılan və insana vaginal,
anal, oral seks də daxil olmaqla hər növ cinsi yaxınlıq yolu ilə keçən
xəstəliklərə cinsi yolla yoluxulan xəstəliklər deyilir. Bu qrupa daxil
olan bəzi xəstəliklər qanvermə, qanalma, narkotik istifadəçilərində iynə
vasitəsilə, öpüşmə yoluyla, eyni qabdan, dəsmaldan istifadə etməklə,
qucaqlaşma ilə, doğuş və əmizdirmə zamanı da yoluxa bilər.



Ən sıx görülən yoluxma yolu qorunmadan yaşanan seksdir. Partnyorların
sayı artdıqca risk də artır. Buna görə birdən daha çox şəxslə cinsi
əlaqə yaşamaq çox təhlükəlidir. Prezervativ istifadə etmədən cinsi
yaxınlıq etmək də riski artırır. Kişidə sperma, qadında isə vagina
mayesi mikrob daşıyıcısıdır.



Cinsi yolla yoluxulan xəstəliklər hansılardır?

QİÇS, sifilis, xlamidioz, trixomoniaz, kandidoz, insan papilloma virusu
(İPV), Hepatit B, qonoreya, genital herpes,mikoplazmoz, ureaplazmoz



Qorunma yolları hansılardır?

Qorunmaq üçün ilk olaraq xəstəliyi yoluxdura biləcək davranışlardan uzaq
durmaq lazımdır. Çox seks yaşamaq, başqaları ilə seksi bir peşəyə
çevirənlə yaxınlıq etmək və bu yaxınlıqlar zamanı prezervativ istifadə
etməmək riski artırır.



QİÇS və Hepatit B-yə qanla yoluxma riskinə diqqət edilməlidir. Gözəllik
salonlarında, xəstəxanalarda istifadə edilən vasitələrin təmizliyindən
əmin olun. Başqalarının yaralarına əliyalın toxunmaq, eyni inyeksiyadan
istifadə etmək, eyni təraş bıçağını istifadə etmək riski artırır. Cinsi
orqanlarda olan yara, sızanaq, ya da qaşıntı ilə yaşanan qıcıqlanma tez
müalicə edilməlidir, yoxsa infeksiya mənbəyi ola bilər.



Hepatit B virusuna qarşı peyvənd vurulmasına laqeyd yanaşmaq olmaz.
Qadınlarda tez-tez edilən yaxmalar erkən diaqnoz üçün çox önəmlidir.



Bütün bunlarla yanaşı xəstəlik əlamətlərini bilmək də vacibdir.



Bəs əlamətləri hansılardır?

Kişilərdə tez-tez sidiyə getmək, bu zaman göynəmə, penisdən sidikdən
sonra, ya həmişə axıntı gəlməsi, penis səthində ağrılı xoralar,
qasıqlarda əllə hiss edilə bilən sərtliklər, qadınlarda sidiyə gedə
bilməmək, göynəmə, tez-tez sidiyə getmək, tünd rəngli pis qoxulu axıntı,
hər iki cinsdə də cinsi yaxınlıq zamanı cinsi orqanlarda ağrı olması,
ölü doğuşlar, cinsi orqanlarda ziyillər, uçuğa bənzər töküntülər,
şiddətli ağrı, ayaqların arasında olan və cinsi orqanı örtən əzələ
örtüyündə çibanlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!