Hiperseksüalite xəstəliyi

Hiperseksüalite xəstəliyi
Cinsəl sağlamlıq
10.09.2017 45
Hiperseksüalite, cinsi istәyi son dәrәcә çox olan vә ya istәyi birdәn artan kәslәr üçün istifadә olunan termindir.

Bu xәstәliyin yaranmasına sәbәb kimi bәzi tibbi müayinәlәr göstәrilsә
dә, әsl sәbәbi hәlә dә dәqiq bilinmir. Bu xәstәliyә yoluxmuş insanlarda
bir müddәt sonra bir sıra ruhi problemlәr dә meydana gәlir. 99%
qadınlarda rastlanan bu xәstәlik, cinsi istәyin hәddindәn artıq olması
ilә özünü büruzә verәrәk, qadının sosial­ictimai hәyatına birbaşa mәnfi
tәsir göstәrir. Nemfomani sözü yunan mәnşәli olub Nymph (qız), vә mania
(dәlilik) sözlәrinin birlәşmәsindәn әmәlә gәlmişdir. Nemfomanin
göstәricilәri sonu olmayan cinsi istәk, vә ya istәksizlik yaranana qәdәr
edilәn mastürbasiyadır. Bu xәstәliyә yoluxan qadın öz duyğularına,
xarakterinә, hәyat tәrzinә uyğun olmayan kişilәrә belә hә deyә bilir.
Әgәr bu xәstәlik hәddәn artıq irәlilәyәrsә, onda qadın cәmiyyәtin
tәnqidini belә nәzәrә almadan çox pis nәticәlәrә gәtirib çıxaracaq
davranışlar edә bilәr. Nemfomanyaklar üçün isә tәk bir qayda vardır.
Mütlәq istәyinә nail olmaq.



Nemfonamiya xәstәliyinә necә yoluxulur?

Bu xәstәliyi әmәlә gәtirәn әn sadә sәbәb hormon pozulmasıdır. Profesör
H. J. Stemmler ve Kiel’e görә xәrçәng xәstәliyi zamanı hormonal müalicә
alan qadınlarda bu xәstәlik çox yüksәk hәddә çata bilir. Ona görә bu tip
müalicә alan qadınlar,evli olsalar da çox vaxt әrlәrinә xәyanәt edә
bilirlәr. Nemfomani xәstәliyi olan qadınlarda sinirlәr daha hәssas olur
vә bu da daxili istәyin artmasına tәkan verir. Belә olan halda, qarşı
tәrәfin seçimindә, istәyin nizamlanmasında vә cinsi tәlabatın ödәnilmәsi
haqqında siqnalların ötürülmәsindә artıq beyinin funksiyası tamamilә
pozulur.



Hiperseksüalitenin müalicәsi üçün axtarılan yollar.

Cәmiyyәtdә bu kimi hallar cinsi әlaqә aludәçiliyi adlandırılır. Lakin
seksoloqlar bu haqda bir dәqiq müddәa irәli sürmüyüb. Bu haqda
açıqlamalara, adәtәn hәrәkәtin kompulsif (aludәçi) davranışlar vә
impulsiv davranış növlәri olduğu istiqamәtindәki nәzәriyyәlәr daxildir.

Cinsi әlaqәdәn qısa zaman sonra yenidәn cinsi istәk yaranırsa, bu hiperseksüalizm xәstәliyinin göstәricisidir.

Amma onu da qeyd edәk ki, normal qadının da qısa müddәt әrzindә bir deyil, bir neçә dәfә orqazm ola bilmәsi

normal haldır. Nemfomanyak qadınlar sәrhәd tanımayan cinsi istәklәri
onların çox vaxt pis vәziyyәtlәrә düşmәsinә sәbәb ola bilәr.

Әlamәtlәri

Davamlı olaraq cinsi әlaqә haqqındakı düşüncәlәrin beynindә dolaşması

Nizamlamaq bacarığını itirmәk

Tәrәf müqabilinә bir fәrq qoyulmaması Tez­tez tәkrarlanan uğursuz cinsi әlaqәlәr.



Nemfomaninin zәrәrlәri

Nemfomani qadının bütün hәyatına tәsir göstәrәr. Bütün fikri vә diqqәti yalnız cinsi әlaqә üzәrinә köklәnәr.

Ona görә dә әtrafdakı tanışları, dostları ilә münasibәtlәri korlanar.
Fәrqli insanlarla yaşadığı cinsi әlaqә onu cәmiyyәtdә qınaq obyektinә
çevirәr. Eyni zamanda cinsi yolla yayılan xәstәliklәrә yoluxma riski
olduqca çox olan bu xәstәlәrin hәyatı tәhlükә altındadır.

Alimlәrin fikrinә görә hiperseksual vә ya hiperseksual olduğuna inanılan insanların sayı hәlә ki, bәlli deyil.

Bununla bağlı bir sıra araşdırılmalar aparılsa da, bunun hansı xüsusda aparıldığı mәlum deyil.Araşdırmaların

nәticәsinә görә ABŞ әhalisinin 3­6% i hiperseksualdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!