Evli cütlüklərin nəzərinə: intim həyatınızı canlandırın!

Evli cütlüklərin nəzərinə: intim həyatınızı canlandırın!
Cinsəl sağlamlıq
10.09.2017 56
Monotonlaşan
cinsi həyatınızı bir az canlandırmaq istəyirsiz?

 

Cinsi pəhrizə əməl edin.
Seksə ara-sıra fasilə vermək cinsi enerji və istəyi ən yüksək nöqtəyə
çatdırır. Bununla həm bir-biriniz üçün darıxacaq, həm də monoton cinsi
həyatınızı canlandırmış olarsız. Başdan çıxarmanın zövqünü yenidən
yaşamaq şansı yaranacaq. Bunun sayəsində adi bir toxunuş bütün istəkləri
alovlandıracaq.

 

Bir-birinizi əzizləyin. Münasibətlər
yaradıcılıq istəyir. Sürprizi hər dəfə qarşı tərəfdən gözləməyin, bu
dəfə siz edin. Sürpriz sadəcə qutudakı hədiyyələrdən ibarət deyil. 
Zaman-zaman fərqli alt paltarları da ehtirasınızı artıracaq.

 

Öpüşərək təhrik edin.
Yumşaq, dərin, zərif, həssas, sürətli, yavaş! Öpüş ön sevişmə ritmini
və sevişmənin tərzini təyin edir. Adi bir öpüş belə, seks istəyini
artırır.

 

Cəsur olun.
İlk dəfədən bütün fantaziyalarınızı ortaya qoymağı heç kimi gözləmir.
Utancaqlıq, qadınsal bir qərarsızlıq və cəsarətin birləşdiyi bir cazibə
onu valeh edəcək. Qarşınızdakı insanın gözlərinin içinə baxmaq,
normaldan daha yaxın durmaq, ilk öpüşü başlatmaq, rəqs edərkən başınızı
çiyninə qoymaq sizi adiləşdirməz. Bir az daha cəsur olmaqda problem
yoxdur.

 

Danışqan olun! İstər
küçədə gəzərkən, istər sevişərkən zarafatcıl, başdan çıxaran sözlər
ehtirası artırır. Çənəsi düşük deyil, danışqan olmaq ehtirasınızı
artıracaq.

 

Məsuliyyəti bir az da siz üstünüzə alın.
Sevişmənin harda, necə, nə vaxt olacağını deyən tərəf niyə də siz
olmayasız? Qaydaları dəyişməyə çəkinməyin. Bunu həmişə qarşı tərəfdən
gözləmək həm onu yoracaq, həm də istəkli olub olmadığınızla bağlı
tərəddüddə olacaq. Gün ərzində seksual mesaj göndərmək istəyirsizsə,
gizlətməyin.

 

Eqoist olmayın.  O
qədər olmasa belə, kişilərin də qadınlar qədər ön sevişməyə ehtiyacı
vardır. Kişilərin rahatlayıb seksə daha yaxşı diqqət yönəltməsi üçün ön
sevişməyə şərait yaradın. Alınan zövqün maksimuma qalxmasına imkan
yaradacaq.

 

Öz filminizi çəkin. Sevişərkən erotik filmin bir bölümünü çəkdiyinizi düşünün.

 

Macəraçı olun. Onu təbiət qoynundakı bir çadırda, teatr salonunda başdan çıxarmağa çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!