Orqazm ola bilmirsinizsə... - Qadınlara MÜTƏXƏSSİS TÖVSİYƏLƏRİ

Orqazm ola bilmirsinizsə... - Qadınlara MÜTƏXƏSSİS TÖVSİYƏLƏRİ
Cinsəl sağlamlıq
10.09.2017 41
Orqazm cinsi həzzin ən yüksək həddə yaşanması ilə reallaşar. Orqazm zamanı uşaqlıq, vagina idarəsiz və güclü bir şəkildə sıxılır. Ancaq elə qadınlar da var ki, cinsi əlaqə zamanı orqazm yaşaya bilmirlər. Onların bəzisi cinsi əlaqə zamanı özlərini orqazm olmuş kimi aparırlar. Orqazm olmaq və orqazm mərhələlərini sağlam bir şəkildə yaşaya bilmək üçün nəfəs idarəsi, orqazm məşqləri, açıq ünsiyyət, ön sevişmə, nizamlı idman və qidalanma forması vacib hesab edilir.

 

Orqazma kömək edən nəfəs idarəsi

Nəfəs idarəsi orqazmı asanlaşdıran ən təsirli üsuldur. Xüsusən də partnyorundan əvvəl orqazm olmayan qadınlar aşağıdakı nümunələri tətbiq etməlidirlər. Qadın cinsi münasibət zamanı arxası üstə uzanmalı və ayaqlarını tərəf müqabilinin çiyinlərinə, ya da çiyin xəttinə qaldırmalı və əllərini qarnına qoyaraq, dərin nəfəs almalıdır. 

 

Sevişən zaman aktiv olun

Qadınlar orqazm olmaq istəyirlərsə, sevişən zaman bir az aktiv olmalıdırlar. Bunu qadın ən yaxşı halda ombasını önə itələyərək, yəni hərəkət etdirərək edə bilər. Bu da onun idarəni əlində saxlaması və sıxılmasını nizamlaya bilməsi deməkdir.

 

Eşq əzələlərinizi işlədin

Vaginada olan eşq əzələləri adı verilən "pelvik döşəmə” əzələləri orqazm olmağın zəmanətçisidir. Eşq əzələlərini cinsi münasibət xaricində də aktiv olaraq istifadə etmək lazımdır. Tualetə gedən zaman, iş yerində, ya da oturan zaman "pelvik döşəmə” əzələləri eynilə sidiyə getdiyiniz kimi ovuşdurulmalı, sonra isə sidiyi tuturmuşsunuz kimi sıxılmalıdır.

 

Ön sevişmənin müddəti kifayət qədər olmalıdır

Orqazm ola bilmək, ya da orqazmı güclü bir şəkildə hiss edə bilmək üçün ön sevişmə olduqca vacibdir. Kifayət qədər sürən ön sevişmədən sonra ən azı ön sevişmə qədər uzun və davamlı olan bir penetrasiya, yəni penis-vagina birliyi ola bilər. Bunun sayəsində doyurucu orqazm yaşana bilər. Yəni ön sevişmə müddəti birləşmə müddətini müəyyən edir.

 

Mütəmadi olaraq idman edin

İdman etməyin cinsi istəyi artırması və cinsi əlaqə müddətini uzatmasını unutmayın. Yəni, mütəmadi olaraq idman etmək orqazmı asanlaşdırır. Bundan başqa, idman cinsi orqanlara gedən qan təzyiqini artırır. İdman kişilər üçün cinsi birləşmə müddətini uzadır və kişi vaginanın içərisində daha uzun müddət qala bilir.

 

Yaxşı qidalan və güclü orqazm yaşa

Cinsi münasibətə mane olan yorğunluğun qarşısını almaq üçün süd, yerfıstığı, balıq, ət, pendir, yumurta, noxud, soya paxlası, düyü, qatıq, yaşıl tərəvəzlər və göbələk qadınlarda vagina əzələlərinin elastikliyi və dinamikliyinə kömək olar.

 

Orqazm problemini tərəf müqabilinizlə müzakirə edin

Tərəf müqabilinizlə açıq söhbət edin. Ondan dəqiq formada istəklərinizi tələb edin. Orqazm olmursunuzsa, özünüzü orqazm olmuş kimi aparmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!