Orqazmın sübuta yetmiş 10 faydası

Orqazmın sübuta yetmiş 10 faydası
Cinsəl sağlamlıq
10.09.2017 56
Orqazm olmağın həm
fiziki, həm də psixoloji baxımdan bir çox faydaları var. Bu səbəbdən də
nizamlı seks həyatı insanın daha sağlam və xoşbəxt həyat sürməsini təmin
edən amillərdən biridir.

 

Orqazm nədir?

Orqazm fiziki və psixoloji cinsi xəbərdarlıq nəticəsində beynin
hərəkətə gəlməsi və bəzi hormon mexanizmlərinin təsiri ilə, həm fiziki,
həm də ruhi baxımdan qəbul edilən, "müvəqqəti şüur bulanıqlığı",
"nəzarət itkisi duyğusu", "zamandan qopma" və bütün bədəndə güclü
sıxılmaların yaşandığı "sıx bir boşalma"dır. Boşalma isə cinsi əlaqənin
sonlarına doğru yaşanan və on-on beş saniyə davam edən sıxılmalarla
özünü göstərən fiziki rahatlanmadır. Orqazmın həm fiziki, həm də
psixoloji baxımdan bir çox faydaları var.

 

Orqazmın elmi baxımdan sübut edilən faydaları:



Beyinə gedən qan miqdarını artırır

Orqazm qan dövranını sürətləndirərək, qanın bədəndə dövranını
artırır. Bu səbəbdən beyinə gedən qan miqdarında da artma yaranır və
bunun sayəsində qanın daşıdığı oksigen beyin hüceyrələrinə daha çox
miqdarda çatır. Beynin fəaliyyəti üçün "benzin" rolunu oynayan oksigenin
miqdarının çox olması yaddaş, qavrama və düşünmə kimi idrak
bacarıqlarını artırır, başda stress olmaqla ruhi problemlərin azalmasına
da təsir edir.

 

İmmunitet sistemini gücləndirir

Orqazm immunoqlobin A kimi bədənimizin mikroblarla mübarizə üçün
istifadə etdiyi anticisimlərin daha çox ifraz olunmasını təmin edir və
immunitet sisteminin güclənməsinə kömək olur.

 

Ürəyin dostudur

Orqazm ürəyin də dostudur. İnfarkt riskini meydana gətirən estrogen
və testosteron hormonlarının səviyyəsinin tarazlıqda saxlanmasına kömək
edərək, ürək sağlamlığının qayğısına qalır.

 

Yüksək təzyiqin qarşısını alır

Orqazm qan dövranının sürətlənməsi, qan təzyiqinin düşməsini təmin
edir, yüksək təzyiqin qarşısını alır və beləliklə də, iflic riskinin
azalmasına kömək edir.

 

Ağrıları azaldır

Orqazm zamanı ifraz edilən oksitosin ağrıların azalmasına kömək edir.

 

Xoşbəxt edir

Orqazmın fiziki maraqlarla yanaşı, psixoloji baxımdan da bir çox
faydası var. Orqazmla yüksək miqdarda ifraz olunan və xoşbəxtlik hormonu
adlandırılan endorfin sayəsində libidoda artım olur. Libidonun
yüksəlməsi cinsi istəksizlik probleminin aradan qaldırılmasında da
əhəmiyyətli rol oynayar. Orqazmın bədənin kimyəvi funksiyalarında etdiyi
dəyişiklik nəticəsində stress və gərginlik azalır, xoşbəxtlik,
rahatlama və özünə güvən duyğusu artır. Orqazmın eyni zamanda dəri
sağlamlığı, yaşlanma təsirlərinin azalması, cinsi orqanlardakı bəzi
problemlərin qarşısının alınması, menstruasiya dövrünün tənzimləməsi,
yuxu nizamının təmin edilməsi, hamilə qalmağa şərait yaratması kimi bir
çox faydaları da var. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!