Kişilərə xəbərdarlıq: porno izləmək zərərlidir

Kişilərə xəbərdarlıq: porno izləmək zərərlidir
Cinsəl sağlamlıq
10.09.2017 35
Kişilər
arasında belə bir fikir yayılıb: "Həddindən artıq masturbasiya orqanizm
üçün zərərlidir”. Amma mütəxəssislər bildirir ki, bu fikirlərin heç bir
məntiqi əsası yoxdur. Masturbasiya yalnız orqanizm tələb etmədiyi halda
özünüzü boşalmağa məcbur etdiyiniz zaman zərərli ola bilər. Bunu
yaradan ən birinci amil isə pornoqrafik materiallardır.



Müasir
dövrdə biz internet vasitəsilə istədiyimiz məlumatı, videonu bir-iki
saniyə içərisində əldə edə bilirik. Bunun üçün hansısa məhdudiyyət
yoxdur. Padua Universitetinin professoru Carlo Foresta və onun komandası
tərəfindən aparılan bir araşdırmaya görə, cinsi istəksizlik səbəbi ilə
həkimə müraciət edən gənclərin 70%-i həddindən artıq pornoqrafiya
izləyir.



Dr.
Forestanın sözlərinə görə, gənclər əsasən əyləncə məqsədi ilə bu cür
videolar izlədiklərini bildirsələr də, amma sonradan bu əyləncə növü
onların tərəf müqabilləri ilə cinsi münasibətlərinə mane olur. Elm
adamları bunun səbəbini beyindəki dopamin adlı hormonla
əlaqələndiriblər. Dopamin insanın qarşı tərəflə münasibətində,
bağlılığın yaranmasında əhəmiyyətli hesab edilən əsas hormondur.
Pornoqrafiya izləyən insanlarda isə bu hormon kifayət qədər yaxşı
inkişaf etmir. Araşdırma nəticəsində məlum olub ki, bu tipli videoların
izlənmə müddəti qısaldıldığında kişilər yenidən bütün diqqətlərini
qarşılarındakı insana yönəldə bilirlər və nəticədə münasibətləri yenidən
əvvəlki qaydasına qayıdır.



Buna
görə də mütəxəssislər pornoqrafiyanın izlənməsinə tamamilə son
qoyulmasını deyil, belə materialların izlənmə müddətinin azaldılmasını
tövsiyyə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!