Kişilər, bu qidalar potensiyanı artırır! - SİYAHI

Kişilər, bu qidalar potensiyanı artırır! - SİYAHI
Cinsəl sağlamlıq
10.09.2017 25
Qidalanma insan sağlamlığında çox önəmli rol oynayır.

 

Uzun müddət ərzində orqanizm üçün vacib olan maddələri almayan insanın sağlamlığında müxtəlif pozulmalar yaranır. İnsanın cinsiyyət sistemi çox həssasdır. Düzgün olmayan qidalanma, xroniki stress, infeksiyalar və s. mənfi amillər cinsiyyət sisteminə güclü zərbə vurur.

 

Daim çox yağlı, kalorili qidaları qəbul edən kişilərdə potensiya problemləri yaranır. Əksinə, sağlam, tam dəyərli qidalanma kişi sağlamlığına və potensiyaya müsbət təsir edir.

Kişi orqanizmi üçün ən vacib vitamin və minerallar bunlardır: A, B1, B3, B6, B9, C, E, D, sink, selen, maqnezium və kalsium. Bu maddələri adi qidalardan almaq mümkündür.

 

Kişi sağlamlığını və potensiyanı yaxşılaşdıran qidaların siyahısı:

 

- Qoz, fındıq, badam, keşyu, araxis və s. Belə hesab olunur ki, araxis xüsusilə faydalıdır.

- Tərəvəzlər: kök, balqabaq, turp, soğan, kələm.

- Meyvələr: bütün sitrus meyvələri (limon, portağal, qreypfrut və s.), qara qarağat, əncir, nar, çiyələk.

- Göy-göyərti: cəfəri, keşniş, ispanaq, kərəviz.

- Ədviyyatlar: nanə, cirə, zirə, qara istiot.

- Balqabaq və günəbaxan tumları.

- Toyuq və bildirçin yumurtası.

- Ət, qara ciyər, hind quşu əti.

- Pendir, kəsmik, xama.

- Qızılbalıq, treska və treskanın qara ciyəri, krevet, krab, dəniz yosunları.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!