Çılpaq yatmaq hansı xəstəliklərin qarşısını alır?

Çılpaq yatmaq hansı xəstəliklərin qarşısını alır?
Cinsəl sağlamlıq
10.09.2017 47
Amerikada aparılan araşdırmalar göstərib ki, çılpaq yatan cütlüklərin münasibətləri daha uzun müddətli olur. 



Son
illər aparılan araşdırmalar göstərib ki, çılpaq yatmaq nəinki sevgi
münasibətləri, insan sağlamlığı üçün də faydalıdır. Belə ki, təhqiqatlar
nəticəsində bu cür yatmağın insanı bir sıra xəstəliklərdən qoruduğu üzə
çıxıb. Hansı xəstəliklərdən? 



Şəkər xəstəliyi

Yetişkin
insanın bədənində yararlı yağ (qəhvəyi rəngli yağ) və piy miqdarı az
olur. Bu isə zərəli yağların bədəndə daha çox yer tutmasına səbəb olur.
Ancaq tədqiqatlar nəticəsində məlum olub ki, bədəndəki yararlı yağlar
soyuq mühitdə iki dəfə artır. Bundan yola çıxan alimlər çılpaq yatmağın
bədənin həddən artıq isinməsinin qarşısını ala biləcəyini iddia ediblər.
Qeyd edək ki, bədəndə yararlı yağ miqdarı çoxaldıqda şəkər xəstəliyinə
yaxalanmaq riski azalır. 



Vaginal xəstəliklər

Çılpaq
yatmaq qadın sağlamlığı üçün də vacibdir. Çünki isti mühitdə vaginada
bakteriyalar və göbələklər sürətlə çoxalırlar. Ancaq paltarsız yatanda
vaginada infeksiyanın yaranması ehtimalı azalır. 



İmmunitet sistemini gücləndirir

Xəstəliklər immunitet sistemi zəifləyəndə baş qaldırır. Çılpaq yatmaq immuniteti gücləndirir. 



Təzyiq

Paltarsız yatanda oksitosin hormonunun səviyyəsi artır və bu qan təzyiqinin tənzimlənməsinə kömək edir. 



Yuxusuzluq

Bədənin
istiliyi yuxu keyfiyyətinə təsir edir. Bədənin temperaturu 36 olduqda
insan daha tez yuxuya gedir və daha rahat yatır. Paltarlı yatdıqda
temperatur 37 dərəcəyə qədər yüksəlir. Bu isə yuxusuzluğa və ya yuxu
zamanı narahatçılığa səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!