İlk Qadınlıq Dövrü (ilk aybaşı)

İlk Qadınlıq Dövrü (ilk aybaşı)
Qadın xəstəlikləri
10.09.2017 54
Uşaqlıq dövründən çıxdıqdan sonra ailənizin təsirindən uzaqlaşa
bilərsiniz. Gəncliyin enerjisini itirmədən yetkinlik dünyasında bəzi
məsuliyyətlərə qatlaşmağa hazırsınız. Fiziki olaraq körpə dünyaya gətirə
bilərsiniz, ancaq yoldaş tapmaq və bir ailə qurmaq üçün zamanında
ananızın gördüyü qədər təzyiqlə üzləşməzsiniz.
Ümumiyyətlə dünyaya körpə gətirməyi iyirmi beş- otuz yaşlarına təxirə
salar və əsas fəaliyyətinizi iş, məktəb, ya da səyahətə yönəldərsiniz.
Yoldaşlarınızla eyni iqtisadi müstəqilliyi tutmaq üçün çalışar və
azadlığınızdan imtina etmək mövzusunda istəksiz ola bilərsiniz.
Bu yaşda sağlamlığınızın əhəmiyyətini qavramaya bilər və onu
təhlükəyə ata bilərsiniz. İdman salonlarında saatlarla qala bilər, ancaq
həddindən artıq dərəcədə siqaret və spirt istifadə edə bilərsiniz.
Pəhriz  saxlayıb ardından həftələrlə kalorisi çox olan yeməklərdən başqa
heç bir şey yeməyə bilərsiniz. Sıx ictimai həyatınız tez-tez yuxusuz
qalmanızı tələb edə bilər.
İlk qadınlıq eyni zamanda romantik problemlərin həyatınızda
əhəmiyyətli yer tutduğu, qida qəbulu nizamsızlıqları, ya da xroniki
yorğunluq sindromuna yol aça bilən bir dövürdür. Ailənizdən ayrılıb və
öz başınıza yaşayırsınızsa, yoldaşların dəstəyi əhəmiyyətlidir.
Hər hansı bir öhdəçilik olmadan cinsi əlaqə yaradacağınız bir adamın
olmasını istəyə bilərsiniz. Əslində uzun dövrlü bir əlaqəyə başlamadan
əvvəl bir çox adamla cinsi əlaqəyə girməniz Qərb mədəniyyətlərində qəbul
olunan bir davranışdır. Ancaq bunun da bir çox riskləri var. Odur ki,
arzu olunmayan hamiləlik və vaxtsız doğuşdan, HIV kimi sonu ölüm olan
təhkükəli xəstəlikdən, həmçinin herpes, belsoyuqluğu və klamidya kimi
məşhur cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün də etibarlı seksin
əhəmiyyətini anlamanız lazımdır. Bunların biri, ya da hamısı gələcəkdə
sağlamlıq və xoşbəxtliyiniz üçün bir təhlükə meydana gətirə bilər.
 
 
Şirin Ağayevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!