Daimi yorğunluq və ya maqniy defisiti...

Daimi yorğunluq və ya maqniy defisiti...
Qadın xəstəlikləri
10.09.2017 24
Siz də daimi yorğunluq hiss edib, nə edəcəyinizi bilmirsiniz?



Hər xırda şeylər sizi özünüzdən çıxarıb, əsəbi vəziyyətə gətirir? Bunun nəticəsi olan daimi yorğunluq çoxları bunu müasir həyatın nəticəsi sayaraq, bundan xilas ola bilməyəcəklərini düşünürlər. Yalnız bu belə deyil!



Səbəblərdən biri...

Hər bir iş qadınının, ev xanımlarının və ümumiyyətlə bütün xanımların daimi yorğunluq və zəifliyinin başlıca səbəbi maqniy çatışmamazlığı ola bilər. Hal hazırda qadınların 50% -i bundan əziyyət çəkir. Sağlamlıq üçün çox önəmli olan yalnız az tanınan bu mineral, əsasən orqanizmin tonusunu müəyyən edir. Maqniy - bədənin hər bir hüceyrəsinin tərkibində olub, energetik prosseslərə  təsir edir.  Çatışmamazlıq olduqda maddələr mübadiləsi  azalır, bu isə hətta səhər  saatlarından hiss etdiyimiz bu yoğunluq və halsızlığa səbəb olur.



Maqniy defisitliyi hardan yaranır?


Son zamanlar xanımların demək olar 50%-dən çoxu sağlam həyat tərzi sürərək, öz görünüşləri və qidasına fikir verib və hətta çoxları idmanla məşğul olurlar. Bəs maqniy defisiti nədən əmələ gəilr? Sadəcə olaraq, bizim nə qədər çalışmağımıza baxmayaraq, səhərləri  tünd qəhvə ilə ayılan, nahar fasiləsində quru və lazımsız qida qəbul edən, oral kontraseptivləri istifadə edən, məzuniyyət zamanı gözəl bədənə sahib olmaq üçün məzuniyyət qabağı pəhrizə oturan xanımların nəzərinə çatdırmaq istəyirik ki, bunlar hamısı maqninin bədəndən xaric olmasına səbəb sayılır. Bu səbəblərsiz də maqniy orqanizmə lazımi miqdarda çatmır, çünki gündəlik rasionumuzda lazımı qədər  təmizlənmiş dənli bitkilər, meyvə və  tərəvəz olmur. İndiki dövrün müasir təkmilləşdirmə texnologiyası  çox məhsulları dəyərli maddələrdən məhrum edir. Həmçinin nəzərinizə çatdırırıq ki, maqniy çatışmamazlığı, əsasən daimi idman zalları və saunaya gedən xanımlarda  daha çox müşahidə olunur. Bu isə o səbəbdəndir ki, bu mineral bədəndən tərlə xaric olunur.



Məhz sadaladığımız hallara görə orqanizm maqniy çatışmamazlığından əziyyət çəkir. Qadınların isə normal hamiləlik və doğuşu, requlyar, ağrısız aybaşı və ümumiyyətlə stabil qadın sağlamlığını  bu mineralsız təsəvvür etmək mümkün deyil.



Sonda isə sizə maqni mineralı ilə zəngin  olan bəzi məhsulların siyahısını təqdim edirik:



Tərkibində maqniy olan məhsulların 100 qramında olan göstərici:



Ağ çörək - 0,9 mq



İnək südü - 12 mq



Brokkoli - 24mq



Mal əti - 27 mq



Toyuq əti - 37 mq



Banan - 39 mq



Qarğıdalı - 43mq



Toyuq yumurtası - 47 mq



Fenxel - 49 mq



İspanaq - 58mq



Çovdar çörəyi - 70mq



Lobya - 130mq



Yulaf yarması (herkules) - 139 mq



Düyü - 157mq



Araxis - 163 mq



Badam - 170mq



Soya paxlası - 250 mq



Keşyu - 270 mq



Kakao - 414 mq



Buğda kəpəyi - 590 mq
Sağlam olun!


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!