Uşaqliq mioması haqqında

Uşaqliq mioması  haqqında
Qadın xəstəlikləri
10.09.2017 124
Uşaqlığın mioması - 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən
və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox
vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi)
müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq
miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı
qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır.
Miomanın inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana
çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ
gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə
ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük
ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı
ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə
görə, bir düyün dominantlıq təşkil edir.
Miomanın səbəbləri kimi əksər hallarda hormonal pozğunluqlar, çoxsaylı
abortlar, irsi meyllilik, ekologiyanın pisləşməsi, cinsi orqanlarda hər
hansı iltihabi xəstəlik, ağır keçən doğuşlar, UDS (uşaqlıqdaxili
spirallar) göstərilir.
Yerləşməsinə görə, miomalar bu cür klassifikasiyalaşır: seroz qişanın
altında yerləşən miomalar, yəni uşaqlıqdan kənar, ən çox yayılmış forma:
uşaqlığın əzələsində yerləşən, mukoz təbəqənin altında yerləşən və
uşaqlığın daxilinə doğru inkişaf edən və ən çox ağırlaşmalara səbəb olan
forma
Miomanın diaqnostikası və müalicəsi :mioma əksər vaxtlarda qadınlarda
USM müayinəsi zamanı aşkara çıxır, bəzən diaqnozu dəqiqləşdirmək üçün
MRT müayinəsindən də istifadə olur.
25% hallarda mioma aşağıdakı ağırlaşmalara gətirib çıxara bilər:
Xroniki uroginekoloji iltihabi proseslər
Cinsi əlaqə zamanı ağrının olması
Qəbizlik
Mədə-bağırsaq traktında diskomfort və meteorizm (köp)
Sidiyi saxlaya bilməmək
Uzunmüddətli və çoxlu miqdarda qanaxma ilə müşayiət olunan aybaşı
Qarında ağrılar
Müalicədə müxtəlif metodlardan istifadə olunur. Adi müalicəvi metodlara
gəldikdə isə burada əsasən, ən son hormonal terapiya tətbiq olunur, o da
öz növbəsində immun sistemin funksiyasını tənzim edir. Müalicə effekt
verdikdə şişin ölçülərinin xeyli kiçildiyi görünür. Əgər miomanın
ölçüləri xeyli böyükdürsə və yuxarıda göstərilən əlamətlər qeyd
olunursa, o zaman cərrahi əməliyyat keçirilir və nəticədə ya şişin özü,
ya da şişlə birlikdə uşaqlıq özü də amputasiya olunur. Bu zaman
əməliyyat növü kimi ya laparoskopik metod ya da adi kəsiklə cərrahi
əməliyyat aparılır.
Miomanın çox effektli müalicə növlərindən biri də uşaqlıq
arteriyalarının embolizasiyasıdır(kateterizasiya metodu vasitəsilə
miomanın sorulması), bu müalicə üstünlüyü ondadır ki, həm uşaqlıq
amputasiya olunmur və həm də xəstə yenidən dünyaya uşaq gətirə bilir.
Əməliyyat spinal anesteziya vasitəsilə aparılır və heç bir cərrahi kəsik
və çapıq yeri qalmır. Ağırlaşmış miomanın profilaktikasında əsas yeri
davamlı ginekoloji müayinələr
tutur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!