Qadınlarda çat xəstəliyi

Qadınlarda çat xəstəliyi
Qadın xəstəlikləri
10.09.2017 82
Anal kanalın çatı
Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bilər. Bəzi alimlər xəstəliyin səbəbkarı kimi mexaniki amilləri, xüsusən nəcisin tərkibində  olan bərk qalıqların xəstəliyə səbəb olmasını göstərirlər. Bir qrup alim isə xəstəliyin səbəbi kimi infeksiya faktorları göstərirlər.
Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər.
Anal çatın əlamətləri:
Düz bağırsağın çatının əsas əlaməti ağrıdır.Ağrı xarakterinə, intensivliyinə və davametmə müddətinə gorə müxtəlif olur. Adətən ağrı  çox güclü, daimi, tutma şəkilli, kəsici və deşici xarakterdə olur. Ağrılar əsasən defekasiya aktı ilə əlaqədar olur. Bəzi xəstələrdə ağrı defekasiya aktı ilə başlayır və saatlarla davam edir. Bəzi xəstələrdə isə defekasiya aktı bitdikdə ağrı da azalır.
Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.
Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu nahiyyələrə yayılaraq qadınıarda  adət pozğunıluğuna səbəb olur.
Anal çatın ikinci əsas əlaməti qanaxmadır.
Qadınlarda çat xəstəliyi haqqında
Qan adətən defekasiya aktı zamanı ifrazatda çat olan tərəfə uyğun olaraq zolaq şəklində olur. Bu xususiyyət adətən xəstələrin özləri tərəfindən qeyd olunur.
Müalicəsi:
Anal kanalın çatının həm konservativ yəni dərman mualicəsi həm də cərrahi yolla mualicəsi mümkündür. Son dövrlərdə ağrısız və qansız cərrahi metoda daha çox ustunluk verilir. Bu zaman xəstəliyin təkrar olunması da az qeyd olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!