E vitamini aybaşı sancılarını azaldır

E vitamini aybaşı sancılarını azaldır
Qadın xəstəlikləri
10.09.2017 17
Elm insanlarının araşdırmaları, mensturasiya dövründə E vitamini qəbul etmənin, xüsusilə gənc qadınlarda tez-tez görülən sancıları azaltdığı nəticəsinə gəldi. Mensturasiya əvvəli və ilk günlərində gündə 200 mg. E vitamini qəbul edən qadınlarda sancıların azaldığı təsbit edildi. Xüsusilə çox ağrı çəkənlər ağrıların azalma ehtimalının çox daha yüksək olduğu vurğulandı. İngiltərədə nəşr olunan "British Journal of Obstetrics"-də yer alan məqalədə, mensturasiya sancılarının çox sayda qadının gündəlik həyatına təsir edə, iş itkinlərinə yol aça bildiyinə diqqət çəkildi.
E vitamini güclü bir antioksidantdır. Bəzi toksik maddələrin mənfi təsirini azaldır. E vitamini əskikliyində döş şişləri təsadüflərinin artırdığı müşahidə olunmuşdur. İnsanlar üzərində edilən araşdırmalarda da xüsusilə döş xərçəngi olan qadınların diyetasına E vitamini daxil edildiyində yaxşılaşmaya getmə görülmüşdür. Qanında normal və ya yüksək səviyyədə E vitamini olan qadınlara görə, qanında aşağı səviyyədə E vitamini olan qadınlar beş qat daha çox süd vəzisi xərçəngi riski ilə qarşı-qarşıyadır. E vitaminini ehtiyacını ödəmək üçün ən doğru yol, E vitamini ehtiva edən qidaların bol və tez-tez istehlak  edilməsidir. E vitamini aşağı yağ və yüksək lif ehtiva edən diyetalarla birlikdə istehlak edildiklərində, fəaliyyətləri ən üst səviyyəyə çıxar.
E vitamini baxımından zəngin bəzi qidalar bunlardır:
- Badam
- Fındıq
- Fıstıq
- Partlamış qarğıdalı (popkorn)
- Balqabaq toxumu
- Şirin və acı bibər
- Nanə
- Kərəviz yarpaqlarıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!