Aybaşı gecikməsinin 10 səbəbi

Aybaşı gecikməsinin 10 səbəbi
Qadın xəstəlikləri
10.09.2017 14
Aybaşınız gecikdiyində, bunun səbəblərini bilmək çox əhəmiyyilidir. Hamilə qalmağa çalışmırsınızsa, heç bir şey sizi aybaşı gecikməsi qədər qorxuda bilməz.

Və aybaşınız  gecikdiyində ağılınıza dərhal "hamiləyəmmi" sualı gəlir... Aybaşı  gecikməsinin tək səbəbi hamiləlikdirmi?



Aybaşı gecikməsinin ən sıx görülən 10 səbəbi:

1. Stress


Stress həyatınızdakı bir çox şeyə təsir edə bilər və buna  adət nizamınız da daxildir. Bəzən o qədər çox stress və gərginlik yaşayarıq ki, bədənimiz GnRH adı verilən bir hormonun (cinsiyyət hormonlarının səviyyəsini salan hormon) səviyyəsini azaldır. Bu hormonun azalması adət olmamağa səbəb olur. Yenidən köhnə nizamınıza dönə bilməniz üçün rahatlamanız və boşalmanız lazımdır. Bu vəziyyətdə, həkiminizlə danışmaq və stressinizi azaltmaq üçün birlikdə məsləhətləşmək  faydalı olar.



2. Xəstəlik

Keçirdiyiniz ani, qısa və  ya da uzun, davamlı bir xəstəlik, adətinizin gecikməsinə səbəb ola bilər. Bu vəziyyət ümumiyyətlə keçicidir. Xəstəliyiniz yaxşılaşdıqdan sonra, adətləriniz köhnə nizamına girəcək.



3. Gündəlik rejimdəki  dəyişmələr

Təkrarlanan və nizamlı rejiminizdə dəyişiklik etmək, bioloji saatınıza təsir edə bilər. Adətinizin gecikməsinin səbəbi, çox uzun saatlarınızı iş yerində keçirərək, yuxusuz qalmanız ola bilər.



4. İstifadə etdiyiniz dərmanlar

Yeni və fərqli bir dərman istifadə etməyə başlamanız, adətinizin gecikməsinə və ya olmamasına səbəb ola bilər. Həkiminizlə istifadə etdiyiniz dərmanların bu yan təsiri haqqında danışın. Bu, bəzən hamiləlik əleyhinə dərmanlar istifadə edildiyində  sıx görülən bir vəziyyətdir.



5. Çox kilolu olmaq

Çox  kilonuzun olması, hormonal olaraq  adət dövrünüzü dəyişdirə bilər və  ya   tamamilə dayanmasına səbəb ola bilər. Bir çox qadın bir az kilo verdiklərində normal dövrlərinə   geri dönə bilirlər.



6. Çox zəif olmaq

Bədəninizdəki yağ nisbəti kafi səviyyədə deyilsə, nizamlı adət olmaya bilirsiniz, ya da adət dövrünüz tamamilə dayana bilir. Bu vəziyyətə amenore deyilir. Ümumiyyətlə bir az kilo almaq adət nizamınızın köhnəyə dönməsini təmin edə bilər. Bu vəziyyət, həddindən artıq dərəcədə idman edən, ya da professional idmançı olan qadınların yaşadığı adət gecikməsinin ən sıx görülən səbəbidir.



7. Səhv hesablama

Adət dövrü qadından qadına fərqlilik göstərə bilər. Ortalama adət dövrünün 28 gün olduğu deyilsə də bu hər qadın üçün etibarlı deyil. Bəzən adətinizin gecikdiyini sandığınız zamanlarda yalnız səhv hesab etdiyinizi fərq edə bilərsiniz.



8. Klimaksa keçid dövrü

«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir.    Bu dövrdə adətiniz daha az  və ya daha çox gələ bilər.  Ya da daha sıx və  ya  daha seyrək adət ola bilərsiniz. Əgər hamilə qalmaq istəmirsinizsə, bir hamiləlik əleyhinə üsullardan istifadə etmək  faydalı olar. Çünki bu dövrdə doğurganlığınız hələ də  davam etməkdədir.



9. Klimaks

Klimaks artıq adət görməyəcəyiniz bir dövrdür.



Nəhayət! 10.

Adətinizin gecikməsinin səbəbi hamilə qalmış olmanız ola bilər. Sadə bir hamiləlik testi adətinizin gecikməsinin səbəbinin, hamiləlik olub - olmadığını anlamanıza köməkçi olacaq. Hamiləliyin öyrənilməsi üçün edilən sidik və ya qan testləri bədəninizdə hCG hormonu (hamiləlik hormonu) olub - olmadığın təyin edir.
 
 Bundan sonra nə etməlisiniz?

Əgər hamiləsinizsə dərhal  həkiminizə məsləhət eləməlisiniz.

Hamiləlik testiniz mənfi çıxıbsa, bir həftə gözləyib yenidən hamiləlik testi etməniz tövsiyə olunur. İkinci test də mənfidirsə və adətinizin gecikdiyi haqqında bir fikiriniz yoxdursa, fiziki müayinə üçün dərhal həkiminizlə məsləhətləşin.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!