Qadınların həyatında vacib olan 6 hormon

Qadınların həyatında vacib olan 6 hormon
Qadın xəstəlikləri
10.09.2017 15
Qadınların sağlamlığı və əhval ruhiyyəsi əsasən qanda olan hormonların səviyyəsindən asılıdır.

Onların orqanizmə olan təsirini anlamaq və onların təbii yolla idarə olma mexanizmini bilməklə, hər bir qadın öz cavanlığını və ruhi hormoniyasını əldə edə bilər.Beləliklə bu siyahını sizə təqdim edirik:
 
 Endorfin hormonu.

Böyük sevinc, şadlanma hissi və xoşbəxtliyi tam ürəklə hiss etməyə kömək edən məhz - endorfin hormonudur. Onun orqanizmə təsiri həqiqətən əvəzolunmazdır, belə ki, o, hətta ağrı hissini də keyləşdirə bilir.
 
 İdarə etmə üsulu:

Özünüz üçün aromaterapiya seansı təşkil edin, belə ki, ətirli nanənin efir yağını  nəfəsinizə  alaraq, siz nəinki sakitləşirsiniz, həm də sevinc hissi yaşaya bilirsiniz. Bunun səbəbi odur ki, nəfəs aldığınız zaman nanə efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinə endorfinin sekresiyasının yüksəlməsi haqda siqnalı göndərir. Bununla əhval ruhiyyə yüksəlir, həyat tonusu güc yığır.

Ədviyyatlar istifadə edin. Acı yeməklər yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları qıcıqlanaraq, "sevinc hormonunun" istehsalını çoxaldır. Buna görə az da olsa, əsasən qış aylarında acı yeməklər yemək lazımdır. Təbii ki sağlamlıqla bağlı əks göstərişləri unutmamaq şərtilə!
 
 Leptin, qrelin hormonu.

Leptin  hormonu - orqanizmdə səviyyəsi pozulduqda artıq çəki problemini yaradan əsas səbəblərdən biridir. Leptini (onu toxluq hormonu da adlandırırlar)piy hüceyrələri istehsal edir. Bu hormon yeməkdən aldığınız kalorilərin dərhal itifadə olunması və ya piy ehtiyatlarında saxlanılmasına qərar verir. Bundan əlavə onda  beyinə lazımı vaxtda toxluq siqnalının göndərilməsi səlahiyyəti də vardır. Qrelin hormonu isə əksinə, aclıq hissi haqda siqanl verir.
 
 İdarə etmə üsulu:

Doyunca yatın. Əgər sutkada 7 saatdan az yatmaq adəti almısınızsa, o zaman orqanizmdə qrelinin səviyyəs artır, leptinin səviyyəsi isə azalır. Bu halda, piylənmə zaman söhbətidir. Normal yuxu yatmaq üçün  problemləri yataq otağınıdan uzaq tutmaq lazımdır.
 
 Dopamin hormonu.

İkinci adı - yaddaş hormonudur. Onun istehsalına baş beyin cavabdehdir. Dopamini səviyyəsi - iş qabiliyyətiniz, konsentrasiya və informasiyanın uzunmüddətli saxlanılmasını təmin edir.
 
 İdarə etmə üsulları:

Musiqi dinləyin. Sevdiyiiz musiqi əsərlərinin akkordları nəinki ümumi əhvalınızı qaldıracaq, həmçinin dopaminin istehsalını aktivləşdirəcək.
 
 Oksitosin hormonu.

Əksər xanımlar əmindirlər ki, analıq instiktı doğuşdan sonra yaranır. Bu qismən doğrudur, belə ki,həmçinin  bağlılıq hormonu adlandırılan bu hormonun istehsalı doğuş dövrü ilə sıx əlaqəlidir. Onun sayəsində biz sevib və sevilə bilirik.
 
 İdarə etmə üsulları:

O xanımlar ki, onları uşaqları və həyat yoldaşı çox qucaqlayır, onlarda oksitosinin səviyyəsi çox olur. Qucaqlama həmçinin təzyiqin azalmasına təsir edir.

Ürəkdən oxuyun. Alimlər qeyd edirlər ki, professsional müğənnilərdə vokal çıxışlardan sonra oksitosinin qanda olan səviyyəsi artır. Lakin burda səbəb, yaxşı oxumaqda deyil, dərin tənəffüsdədir.
 
 Testesteron hormonu.

Biz onu kişi hormonu adlandıraraq, onu hər cürə bədəndən qovmağa çalışırıq. Bu düzgün deyil, belə ki, məhz onun sayəsində biz aktiv və özümüzə güvəni hissi qazanırıq.
 
 İdarə etmə üsulları:

Hərəkət edin. Siz nə qədər çox hərəkət edirsiznizsə, o qədər orqanizminiz enerji və güc ehtiyatına malik olur. Testeronun səviyyəsinin normadan yüksək  vaxtı, fiziki yüklənmədən sonradır. Enerji ehtiyatınız qurtardığında durub hərəkət edin, və ya ən azında mağazaya çıxın.

Rasionunuza fikir verin. Sink mineralı - cinsi testesteron hormonunun sekresiyası üçün vacib şərtdir. Onu qidadan almaq olar. Böyük insanın norması gündə 25 mlq-dır. Bu normanı - 1 stəkan yoqurt, 170 qr mal əti və ya bir ovuc balqabaq tumundan almaq mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!