Qadınların nəzərinə: PMS sindromu nədir?

Qadınların nəzərinə: PMS sindromu nədir?
Qadın xəstəlikləri
10.09.2017 15
Menstruasiyadan öncəki dövrlərdə sözünüzü depresiyyada hiss edirsiz? Əsəbləriniz korlanır? Bədəninizdə şişkinlik hiss edirsiz? Bu suallara cavabınız "hə”dirsə, deməli, siz  PMS sindromundan əziyyət çəkirsiz.

"Premenstural sindrom” menstrual əvvəli ruhi və fizik baxımdan qadınların yaşadığı bəzi dəyişiliklərə deyilir. Bu dövr əsasən aybaşıdan 7-10 gün əvvəl başlayar və menstruasiya zamanı bitir.

 

PMS dövrünü bəzi qadınlar çox rahatlıqla, bəziləri də çox ağır keçirir. Bu əlamətlər mensturasiyanın yaxın zamanda olacağının xəbərçisi olmaqla yanaşı, həm də bir çox fiziki və ruhi nizamların dəyişməsinə səbəb olur. PMS dövrü əlamətləri ilə PMS sindromu arasında bəzi fərqlər var. Əgər özünüzü depresiyyada hiss edir, daha əsəbi, küsəyən və duyğusal artım hiss edirsizsə, bu sindrom içində olmanız ehtimalı daha yüksəkdir.

 

PMS sindromunu yaşamanın əsas səbəbləri vitamin və mineral çatışmazlığı, hormonal dəyişikliklər, bədəndə su tutumu və bəzi kimyəvi dəyişikliklərdir. PMS əlamətlərinə fiziki olaraq sinə böyüməsi, həssaslaşması, bədəndə şişkinlik yaranması, qısa müddətdə çəki almaq, qəbzlik, iştahasızlıq və cinsi istək artımı aid edilə bilər.

Əgər hər aybaşı zamanı bu əlamətləri yaşayırsızsa, müalicə almanız lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!