Qadınların çoxu bu bəlaya düçar olub: sistit

Qadınların çoxu bu bəlaya düçar olub: sistit
Qadın xəstəlikləri
10.09.2017 51
Sidik kisəsinin funksiyası böyrəklər tərəfindən ifraz olunan sidiyi yığmaqdan ibarətdir.

Sidik kisəsinin iltihabı "sistit" adlandırılır və bu kimi simptomlarla özünü büruzə verir:

- tezləşmiş sidik ifrazı,

- sidik ifrazı zamanı ağrılar,

- qarının aşağı hissəsində ağırlıq hissi,

- sidikdə qanın olması,

- sidiyin bulanıq olması,

- uretrada (sidik kanalı) diskomfotr və yandırma hissi.



Sistit kişilərlə müqayisədə qadınlarda daha tez-tez hallarda inkişaf edir. Buna səbəb qadınlarda sidik kanalının daha qısa və enli olması və "natəmiz" yerdə (düz bağırsaq və uşaqlıq yolunun yanında) yerləşməsidir.

Sistitin səbəbi adətən hər hansı bakteriya, virus, göbələk olur. İnfeksiya sidik kisəsinə xaricdən (gigiyena qaydalarına əməl etmədikdə, cərrahiyyə əməliyyatı zamanı və s.) və ya daxildən qan və limfa axını ilə (orqanizmdə olan istənilən infeksiya ocağından - iltihablaşmış badamcıqlar, çürük diş və s.) düşə bilər.

Sistitin ilk əlamətləri meydana çıxdıqda dərhal uroloqa müraciət etmək lazımdır. Vaxtında və düzgün müalicə olunmayan kəskin sistit tez bir zamanda xroniki formaya keçir. Bu səbəbdən sistiti yalnız həkim-uroloq müalicə etməlidir. Özünüz-özünüzü "müalicə" etməyin. Müxtəlif xalq təbabəti üsulları yalnız köməkçi vasitə kimi istifadə oluna bilər.

Sistitin müalicəsində əksər hallarda antibakterial preparatlar ("antibiotik"lər) istifadə olunur. Bundan əlavə xəstəyə spazmolitik və ağrısızlaşdıran preparatlar, xüsusi antiseptik dərmanlar, vitamin kompleksləri təyin oluna bilər. Müalicə zamanı xəstə çoxlu maye qəbul etməli, müəyyən pəhriz saxlamalıdır (duzlu, istiotlu qidalar, spirtli içkilər qadağandır). Müalicə zamanı fizioterapevtik üsullardan da istifadə oluna bilər.

Müalicə mütləq sona qədər çatdırılmalıdır. Xəstəliyin simptomları yox olduqdan sonra xəstə özbaşına müalicədən imtina edərsə, xəstəlik xroniki formaya keçə bilər. Bundan əlavə sona qədər çatdırılmayan müalicənin digər təhlükəsi də var. Mikroblarda xəstə qəbul etdiyi antibakterial preparata qarşı rezistentlik (alışma) inkişaf edə bilər ki, nəticədə gələcəkdə bu preparat mikroblara təsir etməyəcək.



Sistitin risk faktorları:

- endokrin pozulmalar,

- travmalar;

- gigiyena qaydalarına əməl etməməsi;

- orqanizmdə olan xroniki infeksiya ocaqları;

- qəbizlik;

- avitaminoz;

- hipodinamiya (hərəkətsizlik);

- soyuqlama;

- alkoqolizm.



Sistitin profilaktikası üçün gigiyena qaydalarına ciddi əməl etmək, sintetik, dar alt paltarları geyinməmək, duzlu, istiotlu, yağlı, qızarmış qidaları minimuma çatdırmaq, özünü soyuqlamadan qorumaq, qəbizliklə mübarizə aparmaq, sidik ifrazı saxlamamaq (ehtiyac yarandıqda, dərhal tualetə getmək) lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!