Qadınlar üçün təhlükəli virus

Qadınlar üçün təhlükəli virus
Qadın xəstəlikləri
10.09.2017 33
Son vaxtlar qadınların ən çox şikayət etdiyi xəstəliklərdən biri də kandidozdur. Kandidoz «kandida» cinsindən olan mayayabənzər göbələklərin törətdiyi virusdur. Kandida özündə 150-yə yaxın virus növünü birləşdirir ki, onlardan yalnız 10 növünə insan orqanizmində rast gəlinir.
Xəstəliyin səbəblərini, əlamətlərini və ondan qorunmağın yollarını təqdim edir:
İltihabi xəstəliklər siyahısına daxil olan kandidoz virusu əsasən, cinsi orqanda meydana gəlir. Bu virus qadınlarla yanaşı kişilərdə də olur. Kandidoz zamanı dırnaqlar, selikli qişalar, dəri və daxili orqanlar güclü zədələnir. Xəstəliyin inkişafı immun sisteminin vəziyyətindən asılıdır. Zəif immun sistemi olan insanlarda daha da irəliləmiş kandidoza rast gəlinir. Bəzən qadınlarda «vaginal kandidoz» deyilən xəstəlik meydana gəlir ki, bu zaman da sidik-cinsiyyət sistemi zədələnir. Kandidoz uzun müddət sakit qalır və orqanizmə heç bir ziyan vurmur. Amma xeyli müddət müalicəsiz qaldıqda xəstəlik xroniki hala çevrilir. Kandidozun meydana gəlməsinə səbəb orqanizmdəki kandida göbələyinin daha da inkişaf etməsidir. Bu virusun cinsi yolla qarşı tərəfə keçmə ehtimalı yüksəkdir. Kandidoz virusu olan hamilə qadınlarda xəstəliyin dölə keçmə ehtimalı yüksək olur. Bu virus hamiləliyin vaxtından tez pozulmasına gətirib çıxarır. Xəstəlik çox vaxt gizli inkişaf edir. Onu yalnız bəzi əlamətlərdən və müayinə nəticəsində müəyyən etmək mümkündür.
Kandidozun əlamətləri:
· Uşaqlıq yolunda ağ ifrazat
· Qaşınma
· Şişkinlik
· Ürəkbulanma
· İştahasızlıq
· Sidik ifrazatı zamanı göynəmə
Xəstəliyin yaranma səbəbləri:
· Şəxsi gigiyena qaydalarına riayət etməmək
· Dəri və selikli qişa zədə aldıqda
· Hamiləlik əleyhinə həddən artıq dərmanlar qəbul etmək
· Antibiotiklərin qəbulu
· Hormonal preparatlar
· Disbakterioz
· Şəkərli diabet
· İnfeksion mənşəli xroniki xəstəliklər
· Ümumi hovuzdan, saunadan tez-tez istifadə etmək
· Güclü pəhriz
· Stress
Diaqnoz
Əgər özünüzdə kandidoz əlaməti aşkarlamısınızsa, dərhal ginekoloqa müraciət etməlisiniz. Virusun nə dərəcədə inkişaf etdiyi öyrənilməli, onun başqa fəsadlar törədib-törətmədiyi aşkarlanmalıdır.
Kandidoz əleyhinə profilaktik tədbir:
Əgər sizdə kandidoz virusu aşkarlanıbsa, ilk növbədə rasiondakı karbohidrat məhsulları azaltmalısınız. Şəxsi gigiyena qaydalarına riayət etməli, immuniteti gücləndirmək lazımdır. Virusun sonradan geri qayıtma ehtimalı yüksək olduğundan müalicədən sonra da xəstə tez-tez müayinədən keçməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!