Şokolad kistaları və onun fəsadları

Şokolad kistaları və onun fəsadları
Qadın xəstəlikləri
10.09.2017 93
Qadınlar oxusun: şokolad kistaları və onun fəsadları
 
Sonsuzluq problemi ilə qarşı-qarşıya olan qadınların 15%-də görülən şokolad kistaları ağrılı menstruasiya dövrü və xroniki qasıq ağrıları ilə ortaya çıxa bilər. Ancaq müntəzəm həkim müayinəsi və həyat tərzi dəyişikliyi ilə bu xəstəliyi nəzarət altına almaq mümkündür.
 
Adı şirin, ancaq nəticələri acı ola bilər!
Uşaqlıq içərisində yerləşən və menstruasiya qanamasına səbəb olan toxumanın (endometrium) uşaqlıq xaricində bədənin fərqli nöqtəsində olması vəziyyətinə "endometriozis” deyilir. Endometriozisin yumurtalıqlarda ortaya çıxması ilə şokolad kistaları (endometrioma) yaranır. Xroniki, həyat keyfiyyətini pozan və sonsuzluğa yol aça biləcək ciddi bir qadın xəstəliyidir.
 
Məhsuldar hormonların müntəzəm çalışması şokolad kistasının inkişafını azaldır
Yumurtalama funksiyasını davam etdirən bütün qadınlarda, daha çox 20-30 yaş arası qadınlarda rast gəlinir. Uşaqlığın içində hər ay qalınlaşıb hormonal təsirlərlə qanamağa başlayan hüceyrələr olmaması gərəkən uşaqlıq xaricindəki yerlərdə olur və orda aylıq xroniki qanamalara yol açır.
Endometriozis probleminin ən sıx görüldüyü yerlərdən biri də yumurtalıqlardır. Yumurtalıqlarda yaranan bu kistanın içi uşaqlıq toxuması ilə eynidir, yəni hər menstruasiya dövründə kista içinə doğru qanama yaşanır və kistada toplanan qan qatı qəhvəyi rəngli bir maye halına gəlir. Xəstəliyin digər orqanlara da yayıldığı halda daxili orqanlarda yapışqanlıq ortaya çıxır və həyat keyfiyyəti önəmli dərəcədə pozulur.
 
Xəstəliyin əlamətlərinə qasıq, qarın ağrıları, aybaşı ağrılarında artma, qasıqda dolğunluq hissi, cinsi yaxınlıq zamanı ağrı və acı hiss etmək, menstruasiya qanamalarında nizamsızlıq, sidiyə getməkdə dəyişiklik, hamilə qalmaqda çətinlik aid edilir.
 
Müalicə xəstənin yaş və şikayətlərinə görə fərqli təyin edilir.
4 sm olan kistalarda mütləq əməliyyat edilir. Digər hallarda dərman, hormonal spiral, progesteron hormon tərkibli dərmanlar məsləhət görülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!