Vaginizmin müasir müalicəsi

Vaginizmin müasir müalicəsi
Qadın xəstəlikləri
10.09.2017 37
Vaginizm qadının cinsiyyət yollarının güclü və qeyri-iradi sıxılması -
spazmıdır ki, bu spazmın nəticəsində cinsi əlaqələr mümkünsüz olur.
Əksər hallarda vaginizm cinsi həyatı başlayan bakirə qızlarda inkişaf
edir. Bu zaman qadının cinsi orqanlarına istənilən toxunma uşaqlıq
yolunun güclü sıxılmasına səbəb olur. Nəticədə cinsi aktın həyata
keçirilməsi mümkün olmur. Bir çox hallarda belə qadınlarda istənilən
ginekoloji manipulyasiyalar da (ginekoloji baxım, yaxmanın götürülməsi
və s.) belə reaksiyalara səbəb olur. Vaginizm nevrozun növüdür. Bir çox
hallarda onun səbəbi qorxu (ağrıdan, qandan və s.), kişinin ilk cinsi
əlaqə zamanı kobud davranışı, zorlama və s. olur.
 
Vaginizmdən əziyyət çəkən qadınlar ailəli olsalar da, illərlə bakirə
olaraq qalırlar, problemin "özü-özündən" həll olunmasını gözləyirlər.
Lakin bu, əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü
depressiyaya düşür, onda özünə inamsızlıq yaranır, qadın həyat
yoldaşının qarşısında özünü günahkar hiss edir, bu vəziyyətə gətirib
çıxartdığı üçün özünə nifrət edir, bu vəziyyətdən yeganə çıxış yolunu
boşanmada görür... Bu hissləri və daha artıqlarını vaginizmdən əziyyət
çəkən qadınlar daha yaxşı bilir...
Müasir tibbdə bu problemin həll olunması üçün müxtəlif üsullar
mövcuddur. Vaginizm tam müalicə olunur və daha sonra qadın normal həyat
sürə bilir - cinsi həyat, hamiləlik, analıq mümkün olur.
 
Qadın düşdüyü vəziyyətdən utanmamalı və vaginizmin ilk
simptomlarında mütləq həkimə müraciət etməlidir. Müalicəsiz qalmış bu
pozulma qadının psixikasına çox mənfi təsir edir, onun həyatını
korlayır. 
  
Vaginizmin müalicəsində xüsusi psixoterapevtik metodikalar istifadə
olunur ki, bu metodikaların köməyi ilə qadın vaginizmdən xilas olunur.
İnsan zehninin şüurlu və şüuraltı mərkəzi vardır. Biz nə ediriksə, nə
düşünürüksə onu şüurlu zehnimizin köməyi ilə edirik. Çünki şüurlu
zehnimiz məntiqlə çalışır. Şüuraltı zehnimizi isə məntiqlə çalışdıra
bilmirik. Biz qadına məntiqlə başa sala bilmərik ki, cinsi əlaqədən
qorxmasın, onu adi hal kimi qəbul etsin. Vaginizmin səbəbi şüuraltında
yaranır və müalicəsində də şüuraltı zehin korreksiya olunur.


İnsan zehninin şüuraltı hissəsi 5-6 yaşından ta ölənə qədər bütün
yaşanmış pis və yaxşı təcrübələri (hadisələri, xatirələri) kodlaşdırıb
öz yaddaşında saxlayır. Bu pis və yaxşı təcrübələri heç bir şəkildə
birdəfəlik silmək mümkün deyil! Çünki artıq o yaşanıb və şüuraltında
özünə yer tutub. Neqativ təcrübələri ancaq pozitiv təcrübələrin köməyi
ilə yumşaltmaq, əhəmiyyətsizləşdirmək olur. 

Müalicə zamanı yaşanmış qorxuların yaranmasına səbəb olan pis təcrübələr
üzərində xüsusi texnikalarla işlənilir və bundan sonra həmin o pis
təcrübələr (hadisələr və ya xatirələr) qadın tərəfindən
əhəmiyyətsizləşir. Elə bir şəkildə əhəmiyyətsizləşir ki, qadın əvvəllər
beynindən çıxmayan pis təcrübələri müalicədən sonra heç yadına belə
salmaq istəmir. Müalicə zamanı pis təcrübələr əhəmiyyətsizləşdirilərkən
yaxşı təcrübələrlə əvəz olunur. Bu zaman da qadının vaginizm problemi
birdəfəlik həll olunur. Müalicədən sonra qadın qorxmur və cinsi əlaqəyə
adi hal kimi baxa bilir və icra edə bilir.
İnamsız olsanız da, 1-5 gününüzü vaginizmin müalicəsinə həsr edin.
İnanın ki, həyatınız dərhal 1-ci seansdan sonra dəyişəcək. Bir qadın
olduğunuzu anlayacaqsınız!!!



Mama-ginekoloq: Günay Hacıyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!