Qadınlarda erkən boşalma və müalicəsi

Qadınlarda erkən boşalma və müalicəsi
Qadın xəstəlikləri
10.09.2017 103
Hər iki tərəfi xoşbəxt və məmnun edən cinsi münasibət sağlam birlikdəliyin ən önəmli ünsürlərindəndir.
Xoşbəxt cinsi yaşam insanları bir-birinə yaxınlaşdırır, bağlayır və
bütünləşdirir. Ancaq cütlüklərin ən çox qarşılaşdıqları cinsi
problemlərin başında qadınlarda erkən boşalma, gec boşalma və ya orqazm
ola bilməmək kimi şikayətlər gəlir.
Halbuki erkən boşalma ancaq kişilərin problemi olaraq hesab olunurdu.
 
Qadınlarda erkən boşalma əlamətləri:
Cinsi birləşmə olandan 1 dəqiqə sonra qadının istəyi olmadan boşalma yaşanması
Boşlama dartılmaları, bədənsəl və ruhi duyumların çox az səviyyədə olması
Orqazm seyrəkliyi, ya da yoxluğu
Erkən boşalmanın təxminən 6 aydır davam etməsi
Ruhi sıxıntıya səbəb olması
Sevdiyindən uzaqlaşmaya səbəb olması
Cinsi kökənli olmaması, ərin güc tətbiq etməsi, dərmana, ya da başqa sağlıq durumu ilə bağlı meydana gəlməməsi.
 
Səbəbi nədir?
Qadınlarda erkən boşalmaya cinsəlliyə şişirdilmiş önəm verilməsi,
uyğunsuz ortamlarda ayıb, qadağan və günah duyğuları ilə sekslə məşul
olmaq, yaxalanma, eşidilmə qorxusu, mənfi düşüncələr, cinsi
təcrübəsizlik səbəb olur. Təxminən yüzdə 20 qadında rastlanır.
 
Qadınlar birdən çox boşala bilər, yəni "multiorqasmik” yaşayırlar.
Kişi boşaldıqdan sonra 30 dəqiqə istirahətə ehtiyac duyduğu halda qadın
buna ehtiyac duymadan bir-birinin ardınca orqazm ola bilər.
Vaginal islanma qadının zövq almasını asanlaşdırır. Erkən boşalma
zamanı isə proseslər sürətli gerçəkləşdiyində vaginada başlayan islanma
azalır və klitor həssaslıq cinsiyyəti çətinləşdirir, qadının acı
çəkməsinə və cinsi istəksizliyə səbəb olur.
Qadın artıq davam etmək istəmir və sevdiyinin davam etməsindən sıxıla
bilir. Sonra da özünü yetərincə rahatlaya bilməmiş, gərgin, hüzursuz
hiss edir. Pelvik orqanlarda toplanan qan narahatlıq yaradır, qadınlarda
bel və kürək ağrıları yaranır. İnsanın psixoloji çöküntü yaşaması,
özünü yetərsiz hesab etməsi cinsi aktivliyin davamını əngəlləyir. Qadın
zamanla qəzəb, üzüntü, çökmə, cinsi soyuqluq yaşayır.
Müalicəsi üçün cütlüklərin bədənlərini, bir- birini yaxşı tanımaları,
cinsi birləşmə zamanı uyum göstərmələri, həzz alacaqları həssas
bölgələri kəşf etmələri  cinsi pozisiyaları tanımalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!