Sinə xərçənginin qarşısını alan qidalar

Sinə xərçənginin qarşısını alan qidalar
Qadın xəstəlikləri
10.09.2017 8
Sinə xərçəngi demək olar ki, hər 30 yaşdan yuxarı qadınların qarşı-qarşıya qala biləcəyi bir riskdir. Günümüzdə keçmişlə müqayisədə hər keçən gün daha çox sinə xərçəngi diaqnozu ilə qarşılaşırıq. Bunun səbəbi müəyyən miqdarda genetik faktorlar, istifadə etdiyimiz kosmetik məhsullar içində olan kimyəvi maddələr, yediyimiz ərzaqlardakı xərçəngə yol açan qidalar olur. Yediyimiz və istifadə etdiyimiz məhsulların tərkibindəkilərə diqqət edərək sinə xərçənginə tutulma riskini azalda bilərik. Buna görə də bu mövzuda geniş axtarış edib hansı qidanı yeyib-yeməyəcəyimizi öyrənmək lazımdır. Prof.Dr.Erkan Topuzun qadınlara məsləhət gördüyü qidalarla sizi tanış etmək istəyirəm.



Limon və naringi qabığı

Limon və naringi qabığında şişi əridə bilən və çoxalmasının qarşısını alan maddələr vardır. Buna görə də bu qabıqların atılmaması, sirkəli suda yuyularaq yeyilməsi məsləhət görülür.



Nar

Nar suyu, dənəsi və qabığının da xərçəngin qarşısını alma gücü vardır. Hər meyvəni mövsümündə yeməyə diqqət edərək narı da qabığı ilə birlikdə yeyə bilərsiniz.



Göbələk

Göbələyin sağlamlığa faydası hər kəsə məlumdur. Ancaq çalışın əsmər göbələklərdən istifadə edin. Çünki ağ göbələkər xərçəng əmələ gətirən maddələrlə ağardılmışdır.



Qırmızı meyvələr

Moruq, çiyələk, böyürtkəndən mövsümündə bolluca istifadə edin. Həm də yarpaqlarından çay dəmləyib içməkdə fayda vardır. Şişləri əritmək təsiri olduqca çoxdur.



Dərman rozmarini

Rozmarin demək olar ki, bütün xəstəliklər üçün çox faydalı bitkidir. Hətta evdə dibçəkdə yetişdirə biləcəyiniz bir bitkidir. Şişləri əritməkdə təsirlidir. Rozmarinlə yanaşı quzuqulağı, zəncirotu da çox faydalı bitkilərdir.



Yerkökü

Yerköküdə A vitaminin çox olması dəri, böyrək və sinə xərçəngi ilə mübarizə aparmaqda köməyimizə çatır.



Pomidor

Pomidoru mövsümündə istifadə etmək çox vacibdir. İyul və sentyabrın sonuna qədər yetişdirilən pomidordan tomat düzəldib istifadə edə bilərsiniz.



E vitamini

E vitamini üçün selen baxımından zəngin ananas, qatıq, brokkoli, ənginar, qırmızı və ağ kələm, pərpətöyün (pərpərən) çox istifadə edin.



Yaşıl çay

Yaşıl çay hüceyrə bölünməsini yavaşladır. Çayı açıq və qəndsiz içməyə diqqət edin. Hər gün iki fincan çobanyastığı və zəncəfil çayı için.



Kələm

Dünyada ən ucuz və şəfalı bitki olan kələmi həftədə ən az bir dəfə yeməkdə fayda vardır. Bağırsaq və qaraciyərlərdəki zəhərin qarşısını alır və şişlərin çoxalmasına mane olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!