Bel çəkdirmək

Bel çəkdirmək
Qadın xəstəlikləri
10.09.2017 78
Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.

Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan
ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin
vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az
deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", "ara
həkimlər" təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası
və fiziologiyasından tam bixəbərdir. Belə "həkimlər" sonsuzluğu yalnız
bir üsulla "bel çəkdirməklə" müalicə edir. Sonsuzluğu olan qadın
müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona "bel boşluğu" diaqnozu
qoyur. Bu diaqnozun "mənasını" soruşduqda isə heç bir məntiqli izahat
vermir. "Şəfavericilərin" elmdən, tibbdən və ümumillikdə adi məntiqdən
uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi
qadında belin "zəif" olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür,
əyri uşaqlığı düz edir, "yerinə qoyurlar". Bu cəfəngiyatdır.



İlk növbədə qadınların əksəriyyətində uşaqlıq kiçik çanaq boşluğunda
ideal düz vəziyyətdə yerləşmir - uşaqlıq bir qədər qabağa, sidik kisəsi
tərəfə əyilmiş olur. Bu normaldır. Lakin bir çox qadınlarda uşaqlıq bir
qədər arxaya, sola və ya sağa doğru əyilmiş olur. Əvvəllər tibbdə
uşaqlığın belə yerləşməsi sonsuzluğun səbəbi kimi qiymətləndirilirdi.
Lakin tibb inkişaf etdikcə bu nöqteyi-nəzərin yanlışlığı sübut olunub.
Özü-özündən uşaqlığın əyilməsi adətən sonsuzluğa gətirib çıxartmır. Bir
çox hallarda qadınlar öz orqanizmlərin bu xüsusiyyətini heç bilmir və
uğurla hamilə qalır və uşaq doğurlar. Yalnız çox ağır hallarda (belə
hallara çox az rast gəlinir) qadında uşaqlığın anormal yerləşməsi
sonsuzluğa səbəb ola bilər. Belə qadınlar düz bağırsağına olan təzyiq,
omba sümüyündə ağrı hiss edir, qəbizlikdən əziyyət çəkirlər, onlarda
menstruasiyalar ağrılı olur və s. Lakin bu halda uşaqlığın əyilməsi
qadında olan digər pozulmalar nəticəsində meydana çıxır (infeksiyaların
nəticəsində bitişmələrin əmələ gəlməsi, şişlər və s.) və əslində bu
pozulmalar sonsuzluğun inkişafının əsl səbəbləridir.



Beləliklə, indi biz bilirik ki, uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır.



Keçirik növbəti cəfəngiyata. "Müalicə" zamanı "şəfaverici" qadının
belini kip bağlamaqla onun uşaqlığını "yerinə qoyur". Əziz xanımlar, bu
"üsulla" uşaqlığın yerini dəyişmək, onu "düzəltmək", qaldırmaq və s.
mümkün deyil. Ancaq onurğa sütunu problemləri, ağrılar və s. problemlər
qazanmaq mümkündür. Bu "əməliyyatı" keçən qadınların əksəriyyəti uzun
müddər ərzində bel ağrılardan əziyyət çəkir...



Maraqlıdır ki, müasir zamanda, yüksək texnologiyalar olan dövrdə bizim
cəmiyyətdə çöpçü, sınıqçı, "bel çəkdirmək" kimi anlayışlar qalmaqdadır
və onlara inanan, üz tutan insanlar tapılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!