Menstruasiya sancısı haqqında bilmədikləriniz

Menstruasiya sancısı haqqında bilmədikləriniz
Qadın xəstəlikləri
10.09.2017 59
Araşdırmalar qadınların təxminən 60 faizindən çoxunda menstruasiya
dövrünün çox ağrılı keçdiyini ortaya çıxarıb. Ağrının səbəbi
menstruasiya dövründə uşaqlığın büzülməsindən və sıxılmasından dolayı
uşaqlıqda qan dövranının zəifləməsi və oksigenin azalmasıdır. Türkiyəli
ginekoloq Esra Can Çətin ağrının hər qadında fərqli olduğunu, insanın
ağrı hissinə göstərdiyi dözümün psixoloji və ya genetik faktorlara bağlı
olduğunu bildirib.



Qadınların yarısından çoxunda menstruasiya dövründə az, ya da çox ağrı
olur. Ancaq təxminən 10% qadında menstruasiya dövründəki sancı olduqca
şiddətli olur, hətta qadının özünü 1-3 gün ərzində iş görə bilməyəcək
qədər pis hiss etməsinə səbəb olur. Əslində menstruasiya mexanizminin
əhəmiyyətli prosesi olan sıxılmaların qadın tərəfindən ağrı şəklində
hiss edilməsi normaldır. Bu sıxılmaların məqsədi qanamanın səviyyəsini
azaltmaqdır. Bu sıxılmalar prostaglandin adı verilən bəzi maddələrin
ifrazına səbəb olur. Nəticədə ağrılarn olması prostaglandinin ya həddən
artıq miqdarda ifraz olunması, ya da qadının ağrılara həddən artıq
həssas olması ilə əlaqədardır.

Prostaglandinin ifrazı ilə menstruasiyadan qısa müddət əvvəl başlayan və
menstruasiya bitdikdən sonra tamamilə itən menstrusiya sancısı
yumurtlama prosesinin getdiyinin etibarlı əlamətlərindən biridir.
Menstruasiya sancısı ümumiyyətlə, menstrusiyadan əvvəlki ilk 24 saat
ərzində başlayır, menstruasiya ilə birlikdə şiddəti davamlı olaraq artır
və menstruasiya dövrünün bitməsinə qədər get-gedə yüngülləşir.
Ürəkbulanma, qusma, halsızlıq, şiddətli bel ağrısı və baş ağrısı ən çox
görülən digər əlamətlərdir. Ağrının çox şiddətli olduğu hallarda huşunu
itirmə belə ortaya çıxa bilər. Menstruasiya sancıları ağrıkəsicilərlə
kəsilərsə və başqa bir ginekoloji əlamət yoxdursa, ginekoloqa müraciət
etmək lazım deyil. Ancaq menstruasiya sancıları çox şiddətli olub ümumi
hala mənfi təsir etməyə başlayıbsa, mütləq ginekoloqa müraciət
edilməlidir. Endometrioz, xroniki infeksiya, yumurtalıq kistaları,
miyomlar və digər bəzi ginekoloji xəstəliklər öz xüsusiyyətləri ilə
yanaşı, eynilə menstruasiya sancısı kimi ağrılar verə bilər. Aparılan
ginekoloji müayinə bu vəziyyətlərin varlığını ortaya çıxarar və belə
vəziyyətlərdə müalicə tamamilə fərqli olar.



Həkim menstruasiya sancısının qidalanma və bəzi məşqlərlə azaltmağın
mümkün olduğunu və ağrının yüngülləşdiyini bildirib. Ancaq dərman
kifayət olmadığı hallarda ağrıkəsici qəbul etməkdən çəkinməyin.
Menstruasiya sancısı varsa, ona müsbət tərəfdən baxın. Bu proses
orqanizmdə yumurtalamanın, yəni, ovulyasıyanın göstəricisidir. Həkim yaş
ötdükcə menstruasiya sancısının şiddətinin azaldığını bildirib. Lakin
evləndikdən sonra ağrının azalacağı yanlış məlumat olduğunu açıqlayıb.
Ancaq doğuşdan sonra uşaqlıq ağzı daha açıq olduğu üçün ağrı daha az
hiss edilir.



Doktor Çətinin menstruasiya dövrü haqqında maraqlı fikirlərini təqdim edir:



Müalicə formaları



Qarnın üstünə qoyulan isti su torbaları qan dövranının sürətlənməsinə
yol açaraq ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqlarını isti suya
qoymaq da fayda verir. Təklif olunan temperatur 40 dərəcədir.



Qidalanma rejimi



B və E vitaminləri ilə maqnezium tərkibli dərmanlar ağrını azaldır.
Bitki çayları əzələlərə yumşaldıcı təsir göstərir. Bu dövrdə
çobanyastığı çayı və razyana çayı faydalı olar. Rasionda qəhvə, şokolad,
kola, çay kimi kofein tərkibli qidaları azaltmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!