Menstruasiyalar arası qanaxmalar

Menstruasiyalar arası qanaxmalar
Qadın xəstəlikləri
10.09.2017 40
Bir menstruasiyadan növbəti menstrusiyaya kimi olan dövr "menstrual dövr" adlandırılır.

XX Menstrual dövrün uzunluğu qadınlarda fərdidir. Bir qadında bu 24 gün,
digərində 26, 28, 30 gün və s. ola bilər. Ən qısa menstrual dövr 21
gün, ən uzun - 35 gün təşkil edə bilər.



Menstrual qanaxma normada 3-7 gün təşkil edir. Menstruasiya al qırmızı
qanın ifraz olunması ilə başlayır, daha sonra qan tədricən tündləşir.
Normada bu belə olmalıdır. Qadında menstrual dövrünün normadan qısa və
ya uzun olması, menstrual qanaxmanın müddətinin normadan uzun və ya qısa
olması, menstrual dövrünün qeyri-müntəzəm olması hər hansı xəstəliyin
və ya patologiyanın əlaməti ola bilər.



Menstrual dövr "səbəbsiz olaraq" uzanıb və ya qısalıbsa, menstrual
qanaxma azalıb və ya çoxalıbsa, qadın mütləq ginekoloqa müraciət
etməlidir.



Qadında menstruasiyadan kənar cinsiyyət orqanlarından qanlı ifrazatların
olması əksər hallarda patoloji hal sayılır. Bu halda qadın dərhal
ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən
keçməlidir. Belə qanlı ifrazatlar hər hansı, bəzən çox təhlükəli
xəstəliklərin və pozulmaların əlaməti ola bilər.



Bu xəstəliklərin və pozulmaların arasında:



- Endometriumun hiperplaziyası və endometriumun polipləri. Bu pozulmalar
zamanı menstrual qanaxmalar çox intensiv və ağrılı olur,
menstruasiyalar arası qadında cinsiyyət yollarından qanlı ifrazatlar
müşahidə olunur.



- Uşaqlıq mioması. Menstruasiyalar intensiv olur, onların müddəti
uzanır, menstruasiyalar qarının aşağısında və beldə tutmaşəkilli
ağrılarla müşayiət olunur.



- Endometrioz. Menstruasiyadan sonra və əvvəl bir neçə gün ərzində qanlı
ifrazatlar olur, menstruasiyalar ağrılı olur, ifraz olunan qanda
laxtalar olur.



- Polikistoz yumurtalıqlar sindromu. Bu pozulma zamanı qadında qanaxmalar müşahidə olunur, menstruasiyalar qeyri-müntəzəm olur.



- Uşaqlıq boynu və endometriumun xərçəngi. Menstruasiyalar arası qadında
müxtəlif intensivlikdə olan qanaxmalar müşahidə olunur. Qanaxma cinsi
əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.



- Uşaqlıq boynu eroziyası. Adətən bu pozulma özünü heç bir əlamətlə
büruzə vermir. Lakin pozulmanın ağır formalarında qanaxma cinsi əlaqədən
və ya ginekoloji müayinədən sonra başlaya bilər.



- Endometrit. Uşaqlığın daxili qatının iltihabı zamanı menstruasiyanın
müddəti uzanır, menstruasiyalar arası qanlı ifrazatlar ola bilər.



- Uşaqlıq yolunun travmaları (cinsi əlaqə nəticəsində və s.).



- Qadın cinsiyyət sistemi infeksiyaları.



- Qalxanvari vəzi hormonların tarazlığının pozulması.



- Yuvenil qanaxmalar. Qızlarda ilk menstruasiyadan (buna "menarxe"
deyilir) sonra 1 il ərzində menstrual dövr qeyri-müntəzəm ola bilər:
menstruasiyalar müxtəlif fasilələrlə başlayır, 1-2 ay ərzində olmaya
bilər, menstrual qanaxmaların intensivliyi də müxtəlif ola bilər. Bu
normal sayılır. Daha sonra isə menstrual dövr düzəlməlidir və
menstruasiyalar hər dəfə müəyyən fasilələrlə başlamalıdır.



Əgər hətta 2 ildən sonra menstruasiyalar müntəzəm xarakter almırsa,
qızda tez-tez uzunmüddətli qanaxmalar müşahidə olunursa, bu artıq hər
hansı pozulmanın simptomu sayıla bilər. Bu pozulmaların arasında: qadın
cinsiyyət orqanların patologiyaları, hormonal pozulmalar və s.
Uzunmüddətli qanaxmalar çox təhlükəlidir. Bu ağır anemiyanın (qanazlığı)
inkişafına səbəb ola bilər.



Nəzərinizə çatdıraq ki, bəzi hallarda menstruasiyalar arası qanlı
ifrazatların olması patoloji xarakter daşımır. Buna səbəb hamiləlik
əleyhinə hormonal preparatların qəbulu, uşaqlıq daxili spiralın olması.
Bəzi qadınlarda ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması
anı) çox cüzi qanlı ifrazatlarla müşahidə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!