Bartolinit - yayılmış qadın xəstəliyi

Bartolinit - yayılmış qadın xəstəliyi
Qadın xəstəlikləri
10.09.2017 19
Bartolinit çox yayımış qadın cinsiyyət sistemi xəstəliyi sayılır.
Bartolin vəzi böyük cinsiyyət dodaqları əsasında yerləşən qoşa orqandır.



Bu vəzinin əsas funksiyası cinsi əlaqə zamanı xüsusi maye ifraz etmək və uşaqlıq yolunu nəmləndirməkdir.



Bəzən müxtəlif səbəblərə görə vəz iltihablaşa bilər, onun axarı
tıxaclanır, maye çölə axmır, burada durğunluq və iltihab yaranır.
Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini
hiss edir. Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə).
Kist irinlədikdə ümumi hərarət artır. Adətən bartolinit birtərəfli olur
(bir vəz iltihablaşır).



Xəstəliyin ilk simptomlarında qadın mütləq ginekoloqa müraciət
etməlidir. Diaqnoz ginekoloji müayinə zamanı qoyulur. Qadına əlavə
analizlər də təyin olunur - yaxmanın analizi və s.



Bartolinitin müalicəsində antibakterial preparatlar (antibiotiklər),
antiseptiklər (yerli) istifadə olunur. Bəzən qadınlar bu xəstəliyi xalq
təbabəti üsulları ilə müalicə etməyə çalışır (çobanyastığı, evkalipt və
s. antiseptik otların dəmləmələri ilə yuyunmalar və s.). Lakin bu düzgün
deyil. Bu vasitələr yalnız köməkçi vasitələr kimi istifadə oluna bilər.
Əsas müalicə üsulu - antibiotiklərin tətbiqidir.



Müalicəsiz buraxılmış və ya düzgün müalicə olunmayan bartolinit müxtəlif
ağırlaşmalara gətirib çıxardır - kistin irinlənməsi, absess və s.



Ağır hallarda bartolinitin müalicəsi cərrahi yolu ilə aparılır - absess
yarılır, irin çıxarılır. Bəzən bartolin vəzi özü də xaric olunur.



Bartolinitin səbəbi bartolin vəzinə infeksiyanın, mikrobların
düşməsidir. Bartolinit zöhrəvi xəstəliklər (məsələn, süzənək) zamanı,
intim gigiyenanın qaydalarına ciddi riayət etmədikdə, immunitetin
zəiflənməsi zamanı, abortdan və ya cərrahi əməliyyatdan sonra və s.
inkişaf edə bilər.



Bartolinitin inkişafına qonokokklar, trixomonadlar, xlamidiyalar,
streptokokklar, stafilokokklar, bağırsaq çöpləri, kandida göbələyi səbəb
ola bilər.



Bartolinit yalnız qadınlarda deyil, bakirə qızlarda da inkişaf edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!