Vaxtından əvvəl aybaşı görmənin səbəbləri

Vaxtından əvvəl aybaşı görmənin səbəbləri
Qadın xəstəlikləri
10.09.2017 91
Aybaşının erkən olmasının bir çox səbəbi ola bilər. Bu səbəbləri
araşdırmaq və tədbirlər gömək, sağlamlığınız baxımından böyük əhəmiyyət
daşıyır.

Aybaşı dövrü zamanı bir yumurtanın döllənməsi üçün hazırlıq olaraq
rəhmin iç təbəqəsi formalaşır. Əgər yumurta döllənsə rəhmin bu iç
təbəqəsinə yapışır. Döllənməzsə, endometriya (dölyatağı pərdəsi, ya da
rəhm toxuması ) aybaşı dövründə tökülür. Rəhmin bu iç təbəqəsinin
gözləniləndən əvvəl tökülməsinin bir çox səbəbi ola bilir.

Aybaşı olmağa ilk başlanan zaman, hormon səviyyəsi nizama düşənə
qədər aybaşı bir neçə il nizamsız ola bilər. Gənc qızlarda adət dövrü
21-45 günkən, bu dövr yetkin qadınlarda 21-35 gün olur. Bir adət
dövrünün uzunluğu, iki adət arasındakı günlər sayılaraq təyin olunur.

Bir gənc qızın 32 günlük bir adət dövrü varsa, sonrakı adət dövrünün də
təxminən eyni olacağı təxmin edilir. Sonrakı adəti 21 gün sonra
gəlirsə, bu erkən bir adət dövrüdür, lakin yenə də normal qəbul edilir.

Bəzi pozğunluqlar nizamsız adət dövrlərinə səbəb ola bilir ki, bu da
bir adət dövrünün nə vaxt yaşanacağının təxmin edilməsini çətinləşdirir.


Endometriyoz - endometrial toxumanın rəhmin xaricində böyüməsinə səbəb
olan bir xəstəlikdir. Bu vəziyyət erkən adət olmaya səbəb olur.

Təcili kontraseptivlər, döllənmiş bir yumurtanın rəhm toxumasına
yapışmasının qarşısını almaq üçün yüksək miqdarda hormonlar ifraz edir.
Bu hormonlar adət dövrünə təsir edib, erkən adət olmanıza səbəb ola
bilir.

Aybaşı dövrü - yumurtalıqlar və rəhmə təsir edən hormonlar tərəfindən
yaranır. Əgər bu hormonların səviyyəsi sonrakı adət dövrünün
gözlənildiyi zamandan əvvəl artırsa, erkən adət baş verir. Özbaşına
yaranan erkən adət dövrü narahatlıqlıq törətmir. Ancaq erkən adət dövrü
pelvik (çanaq sümüyü və ətrafı) bir narahatlıq, cinsi əlaqə əsnasında
ağrı ilə müşaiyət olunursa hökmən bir ginekoloqa müraciət edilməlidir.

Adətinizin gecikməsinin səbəbi nə olursa, olsun, əgər həyatınıza təsir
etməyə başladısa və fiziki narahatlıqlarınızı artırdısa, mütləq bir
həkimə müraciət edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!