Qız uşaqlarında vaginal axıntı

Qız uşaqlarında vaginal axıntı
Qadın xəstəlikləri
10.09.2017 58
Qız uşaqlarında vaginal axıntı normalırmı?

Vaginal axıntı hər yaş qrupunda qız uşağında görülə bilən, sıx rast gəlinilən bir vəziyyətdir.

Ümumiyyətlə, ailələr bu vəziyyətə adətən əhəmiyyət vermirlər və başqa
bir səbəblə həkimə getdiklərində bu şikayətlərini dilə gətirirlər. 

Vajinal axıntı, bəzi uşaqlarda heç bir əlamətlə görünməz, bəzi uşaqlarda
isə ağ, qəhvəyi, sarı və ya yaşıl rəngdə görünər, ayrıca qanlı və pis
qoxulu da ola bilər. Axıntı, vaginada və ya vulvoda (qadın xarici
genital orqanında) görünə bilər. Həm vagina, həm vulvoda görünən
axıntılar vulvovaginit adlandırılır.

Vaginanın anatomik olaraq anal bölgəyə yaxın olması, bu yaş qrupunda
estrogen fəaliyyətinin məhrumluğundan ötəri vaginanın mukozasındaki
incəlik, mukozanın quruluşu, xarici genital orqanların qorunmasını təmin
edən yağ yastıkçıklarının olmaması vulvovaginitə səbəb ola bilər.
Bundan başqa, nəcis ifrazından sonra anal bölgənin yaxşı
təmizlənməməsi və mikroblu əllərlə vulvoya (qadın xarici genital
orqanına) toxunulması, vaginada olan xarici cisimlər (sıxlıqla tualet
kağızı), köklük və mastürbasiya da vulvovaginitə səbəb ola bilir. Son
illərdə kimyəvi tərkibli duş köpükləri və sabunları ilə kimyəvi
qarlşılıqlı təsirlə də vulvovaginit inkişaf edə bilir.

Vulvovaginit riskini artıran bəzi vəziyyətlər:

Şəkər xəstəliyi,

İmmunitet sisteminin zəifləməsi,

Seksual istismara uğrama

Vulvovaginitin səbəbi bakteriya, göbələk və ya parazit ola bilər.

Vulvovaginit, axıntı ilə bərabər, genital bölgədə qaşıntıya, sıx sidiyə getmə və sidik qaçırmağa da səbəb ola bilir.

Müalicədə əsas, səbəbin müəyyən olunmasıdır. Səbəbə görə müalicə təyin
edilir. Gigiyenaya diqqət yetirilməli, möhkəm geyimlər yerinə (blucin,
tayt) kimi rahatlıqla geyinilə bilinəcək pambıq geyimlər seçilməlidir.
Nəticədə uşaqlarda vulvovaginitdən qorunmada ən əhəmiyyətli qaydanın
tualetə getmədən əvvəl əllərin yaxşıca yuyulması olduğu da yadda
saxlanılmalıdır.

Qız anaları bu mövzuda bir qədər həssas olmanızı tövsiyyə edirik!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!