Anormal vajinal axıntı və infeksiyanın qarşısını almanın 12 yolu

Anormal vajinal axıntı və infeksiyanın qarşısını almanın 12 yolu
Qadın xəstəlikləri
10.09.2017 220
1. Hər zaman pambıqdan hazırlanmış alt paltarı geyinin. Pambıq genital
bölgənizi quru saxlayaraq hava almasına şərait yaradır. Eyni zamanda,
gün ərzində alt geyimi geyinib, gecələri yatarkən geyinməməniz də yaxşı
bir fikir ola bilər.



2. Vajinanı dezenfeksiya etmək məqsədli mayelər istifadə etməyin.



3. VAGINAL yağlama üçün heç bir zaman vazelin və ya başqa yağlar
istifadə etməyin. Bu bakteriyaların böyüməsi üçün bir qida mənbəyi
yarada bilər.



4. Bir VAGINAL infeksiya üçün müalicə alırsınızsa, daha yaxşı olduğunuzu
düşünsəniz də bütün dərmanlarınızı təlimat edildiyi formada istifadə
edin.



5. Bir VAGINAL infeksiya müalicəsi zamanı seks əlaqəsinə girməyin. Heç bir əlamət qalmayana qədər gözləyin.



6. Qadınlara məxsus təmizlik vasitələri, ətirli ya da deodorantlı
sabunlar, pudralar, köpüklü vanna kimi vaginanı qıcıqlandıracaq
vasitələrin vaginaya təmasından çəkinin ve losyonlar istifadə etməyin.



7. Uzunmüddətli çimərlik ya da gimnastika kostyumları və ya dar şalvarlar kimi bədəni sıxan geyimlərdən çəkinin.



8. VAGINAL infeksiyalar əsasən həddən artıq qaşınmaya səbəb olur, amma
dözə bilirsinizsə mümkün qədər qaşınmayın. İnfeksiyalı yerləri qaşımaq,
problemi daha da böyüdə bilər.



9. Aybaşı periodunda VAGINAL kremlər və ya VAGINAL tamponlar istifadə
etməyə başlayarkən aybaşı dövrü boyunca dərmanlarınızı nizamlı olaraq
almağa davam edin, tampon yerinə bez istifadə edin.



10. Bir VAGINAL infeksiyadan özünüzü müalicə etməyə çalışmayın, problem
varsa VAGINAL muayinə üçün həkimə gedin, problemlər müalicədən sonra
düzəlməsə, müalicədən 48 saat müddət keçmədikcə hər hansı bir əlavə
VAGINAL vəsitə istifadə etməyin.



11. Uzun müddətli tək partniyorlu bir əlaqədə deyilsinizsə cinsi əlaqə zamanı prezervativ istifadə edin.



12. Ayaqyolunuzu etdikdən sonra öndən arxaya doğru yuyunun. Bu şəkildə
yuyunmamaq bakteriyaları vajinaya asanlıqla bulaşdırır. VAGINAL axıntı
kəskin infeksiyaya yol aça bilir.

Əlbəttə əsas şəxsi gigiyenadır. Ancaq lazımı qədər yuxu, lazımi qədər
maye qəbulu, çoxçeşidli və yararlı bir qidalanma ümumi sağlamlığınız
qədər VAGINAL sağlamlığınız üçün də hər zaman çox faydalıdır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!