Normal doğuş vaginada genişlənməyə səbəb olur?

Normal doğuş vaginada genişlənməyə səbəb olur?
Qadın xəstəlikləri
10.09.2017 88
Qadınları maraqlandıran "Normal doğuş vaginada genişlənmə və sallanmaya səbəb olurmu? Normal doğuşun fəsadları nələrdir?” suallarına cavab olaraq mütəxəssis fikirlərini təqdim edirik.



Ananın hər hansı sağlamlıq problemi yoxdursa, qeysəriyyə kəsiyi əməliyyatı yerinə normal doğuşa daha çox üstünlük verilir. Qeysəriyyə əməliyyatına nisbətən normal doğuşdan sonra sağalma müddəti daha qısadır.



Normal doğuş sayəsində körpəylə yanaşı ana da bir çox üstünlük əldə edir. Normal doğuş sayəsində prolaktin (süd hormonu), oksitosin hormonu ifraz olunur, sinə genişlənir, süd vəziləri yaxşı inkişaf edir. Normal doğuş zamanı qadın analıq duyğusunu daha çox hiss edir.



Bəs qadınlar niyə normal doğuşdan qorxur? Səbəblərdən biri psixolojidirsə, digəri vaginal genişlənmədir. Yırtığın böyüklüyü körpənin gəliş şəkli və çəkisi ilə əlaqəlidir.Normal doğuş zamanı vaginada az miqdarda sallanma zərər verməz, zamanla yenə əvvəlki vəziyyətinə qayıdacaq. Qayıtmazsa, əməliyyatla bərpa etmək olar. Vaginanın sallanması doğuş zamanı ananın verdiyi güclə əlaqəlidir. Buna görə güc vermələri azaltmaq lazımdır. Doğuş zamanı epidural anesteziya ilə hıqqınmalar azaldılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!