Başınız ağrıyırsa, buzqalterinizi boşaldın!

Başınız ağrıyırsa, buzqalterinizi boşaldın!
Qadın xəstəlikləri
10.09.2017 17
Baş ağrıları, oynaq ağrıları, sağalmayan sızanaqlar, anidən yaşanan tutulmalar və mədədə problemlər, bütün bunların səbəbi büstqalteriniz ola bilər, hörmətli xanımlar.



Büstqalterinizin sizi xəstə etmək ehtimalı çox yüksəkdir.



Araşdırmaların çoxu qadınların 76%-nin yanlış büstqalter istifadə etdiyini ortaya çıxarıb. Yanlış parça seçimi, yanlış büstqalter sağlamlığınızda təhlükəli nəticələrə yol aça bilər.



Çiyinlərdən asılı büstqalterlər çiyninizə görə seçilməyibsə, boyun tutulmaları, ya da ciddi baş ağrılarına səbəb ola bilər. Sadəcə bu deyil, bel, mədə və bağırsaq problemlərinə də səbəb olur. Qadınların çoxu büstqalterin sinəsinə uyğun olmasından daha çox rənginə, parçasına, modelinə diqqət edir.



Çox kiçik büstqalter istifadə edən xanımlarda kürək, boyun, təzyiq problemi bu cür büstqalter seçimi ilə bağlıdır.



Çox sıx asqılar çiyindəki qan damarlara, sinir və əzələlərə təzyiq edir. Bu da başda və qollarda ağrıya, dəri kəsilmələri və şişkinliklərə səbəb olur. Sıx sinəaltı tüllü büstqalterlər döş qəfəsi və diafraqmaya təzyiq edərək nəfəs alıb verməni pozur. Həzmsizlik, narahat bağırsaq problemi sindromu da bu cür hallarda görülür.



Çox böyük büstqalterlər də problem yaradır. Oturarkən qalxarkən sinənizə təzyiq edir. Diafraqmaya mənfi təsir edir. Çiyin və beldəki ağrılar daha çox olur. Gen alt paltarlarının metal bəzəkləri dərinizə bata bilər.



Döşlərin gigiyenasına da diqqət etməlisiz. Qoltuq və sinəaltı bölgələr daha çox tərlədiyindən bakteriyaların yaranmasına zəmin hazırlayır. Hər 2-3 geyinmədən bir sinəaltını yumasanız xəstə ola bilərsiz.



Şəkil və ölçüsünə görə düzgün model seçimi sinəni daha gözəl göstərər. Uyğun büstqalter psixoloji cəhətdən də daha rahat hiss etmənizə kömək edir.



Geniş çiyinləriniz varsa, balconette büstlqalter sizə görədir. Dar çiyinləriniz varsa, döşlərinizi yuxarı daşıyacaq büstqalter seçin.



İdman büstqalteri istifadə etmək mütləqdir. İdman zamanı döşlər 10-15 sm əsnasında hərəkət edir. İstifadə etməsəniz, sinə ağrıları, zamanla sallanmalar yaşana bilər. Düzgün idman büstqalteri istifadə etsəniz, bu problemi minimuma endirə bilərsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!