Aybaşı gecikməsi nə vaxt ciddiyə alınmalıdır?

Aybaşı gecikməsi nə vaxt ciddiyə alınmalıdır?
Qadın xəstəlikləri
10.09.2017 153
Qadınlarda müxtəlif səbəblərə bağlı  aybaşı gecikməsi ola bilir. Mütəxəssislər ildə bir iki dəfə aybaşı  gecikməsini normal hesab etsələr də  nizamsızlığın iki üç ay davam etməsi vəziyyətində həkimə müraciət edilməsi lazım olduğunu bildirirlər.

Aybaşı  gecikməsinin bir çox səbəbi ola bilər. Hormonal faktorlar, yumurtalıqlarla  əlaqədar xəstəliklər, stress kimi həyat şərtləri, ağır məşq və ya həddindən artıq kilo alıb- vermə buna səbəb ola bilər.

Aybaşı  gecikməsinin səbəbləri arasında ən çox  yumurtanın inkişaf etdiyi folikülün çatlamaması olduğu söylənilir.

Əslində qadınların bir çoxu ildə bir dəfə  yumurtanın çatlamaması kimi problemlər yaşaya bilərlər.

Fizioloji olan bu vəziyyət adətən bir neçə günlük  gecikməyə gətirib çıxardığı üçün qadınlar tərəfindən fərq edilməz.

Aybaşı  gecikməsində ilk olaraq ağla gələn şey isə hamiləlikdir.

Aybaşı gecikməsi fizioloji olan bu vəziyyətlər xaricində yumurtalıqlarda inkişaf edə biləcək endometrioz kistalari, yumurtalıqların yaxşı və pis xasiyyətli şişləri kimi patoloji kistaların meydana gəlməsi də ola bilər.

Bəzi hormonal tarazlıq pozğunluqlarında da ilk əlamət aybaşı  gecikməsi  ola bilər. Bu qrup xəstəliklər çox müxtəlifdir və kompleks bir quruluş içərisində ola bilərlər.

Məsələn,  yumurtalıqların polikistozu, qalxanabənzər vəzinin  funksiya pozğunluqları və süd hormonu olan  prolaktin hormonu ifrazat pozğunluqlarıdır.

Müalicə forması faktiki   patologiyaya görə dəyişir ki, əlamətləri hiss edən kimi həkimə müraciət edilməlidir. Çünki, bu xərçəng əmələ gəlmə riskini və sonsuzluq riskini ortaya qoya bilir.

Unutmayın ki, vaxtında aşkar olunan hər hansı pozğunluq daha tez müalicə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!