Dartıcı alt paltarlarının daxili orqanlara təsiri...

Dartıcı alt paltarlarının daxili orqanlara təsiri...
Qadın xəstəlikləri
10.09.2017 22
Xanımlar bir çox hallarda  gözəllik naminə əziyyət çəkməli olurlar.



Bu misal, çoxlarının gündəlik istifadə etdiyi dartıcı kalqotlar və kompression alt paltarlarıdır ki, daxili orqanlar üçün çox ziyanlı sayılır. Bu məhsulların orqanizm üçün nə qədər ziyanlı olduğunu öyrənmək üçün , The Huffington Post nəşriyyatı, qastroenteroloq, dermotoloq və manual terapevtə müraciət edib. Nəticələr budur:



Strukturuna görə, bu kimi geyimlər bədənin kəskin dartınmasını təmin edirlər. Belə geyimləri istifadə etdikdə, mədə, bağırsaq, düz bağırsağın sıxılması baş verir. Bu isə orqanizm üçün təhlükəli nəticələnə  bilər. Mütəxəsisslər xəbərdarlıq edir ki, bu kimi sıxılmalar, turşu reflyüksu və qıcqırma, artıq müşahidə olunan sidik saxlaya bilməmə hallarının ağırlaşmasına  gətirə bilər.



Dartıcı paltarlar, bud ətrafında dartıcı rezin zolaq rolunu oynayır. Xanım oturaq vəziyyətdə olduqda, qan dövranında çətinliklər  əmələ gəlir ki, bu da trombların formalaşmasına səbəb ola bilər. Bədəni korreksiya edən bu paltarlar həmçinin nəmi udur,  bu isə göbələk və ya bakterial infeksiyalara səbəb olur. Həkimlər belə paltarları ümumiyətlə istifadə etməməyi, xüsusən də gündəlik istifadədən imtina etməyi tövsiyə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!