Azərbaycanda alkoqolizmdən əziyyət çəkən qadınların statistikası

Azərbaycanda alkoqolizmdən əziyyət çəkən qadınların statistikası
Qadın xəstəlikləri
10.09.2017 29
Azərbaycanda alkoqoliklərin sayı artaraq 22 278-ə yüksəlib.



Onların 901-i qadındır. Səhiyyə Nazirliyindəki mənbədən trend-ə verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 21 584, 2012-ci ildə 21 103, 2011-ci ildə isə 19 765 nəfər alkoqolik olub.  Azərbaycandakı yaş qrupları artıqca alkoqoliklərin sayı da artır. Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir. Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1, 18-24 yaşlı 517, 25-29 yaşlı 1240, 30-34 yaşlı 1429, 35-39 yaşlı 1669, 40-44 yaşlı 2583, 45-49 yaşlı 3027, 50-54 yaşlı 3245, 55-59 yaşlı 3374, 60-64 yaşlı 2986, 65 yaşdan yuxarı 2207 nəfər alkoqolik var.



Alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə hazırda Azərbaycandakı alkoqoliklərin yalnız 901-i qadındır.



Qadın alkoqoliklərin sayı ötən illərlə müqayisədə az artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış akqoliklərin 873-ü, 2013-cü ildə isə 891 nəfəri qadın olub.



2014-cü ildə Azərbaycanda 881 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb ki, onların da yalnız 10-u qadın olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!