Sarışın və ağ dərili qadınların xəstəliyi

Sarışın və ağ dərili qadınların xəstəliyi
Qadın xəstəlikləri
10.09.2017 23
Öd kisəsi qaraciyərin alt qismində, ona bitişik 50 ml həcmi olan armud şəkilli bir orqandır. Ödün yığılmasına və fəaliyyətinə kömək edər. Qaraciyərin ifraz etdiyi öd kanallar yolu ilə bu kisədə toplanaraq yeməkdən sonra xüsusilə yağlı qidaların həzmi üçün bağırsağa tökülür.

 

60 yaşından sonra kişilərin yüzdə 10-15-də, qadınların yüzdə 30-40-da öd daşı yaranır. Öd daşı, öd kisəsi, ya da yollarında öd tərkibinin ağırlaşması nəticəsində yaranır. Öd daşı daha çox öd kisəsinin içində yaranır.

 

İki növ öd daşı var:

 

Xolesterol daşları: Öd daşlarının yüzdə 80-ni təşkil edir. Öd kisəsi içində xolesterol toplanması zamanı yaranır.

 

Piqment daşları: Öd daşlarının yüzdə 20-ni təşkil edir. Ödü təşkil edən elementlərdən biri olan bilirubinin öd kisəsində toplanması ilə yaranır.

 

Nə zaman şübhələnməli?

 

Öd daşının başlıca şikayətləri: qarın ağrısı, kürəyə və sağ kürək sümüyü altına yayılan ağrı, qarnın sağ üst bölgəsinə vuran ağrı, bulantı, qusma, qızdırma, üşümə, titrəmə, köp, həzmsizlik, qarında qaz artımı, gəyirmə, yağlı qidalar yeyə bilməmək.

Öd kanalı daşla tıxandığında isə sarılıq, sarı dəri və gözlər, gil rəngli nəcis, tünd çay kimi sidik gəlmə kimi əlamətlər yaşanır. Şikayətlər daha çox ağır yağlı qidalar yeyildiyində və gecələr başlayır.

 

Risk faktorları nələrdir?

 

Qadın olmaq: Ən əsas risk faktorudur.

5F tapıntısının olması.

Kilolu olmaq.

Çoxlu doğuş.

Açıq dərili və sarışın olmaq.

40 yaş və üzəri olmaq.

 

Köklük: Özəlliklə kök qadınlarda rastlanır.

 

Esterogen (qadınlıq) hormonu: Esterogen hormonal müalicə, hamiləliyi əngəlləyən dərmanların qəbulu xolesterol və öd miqdarını artıraraq daş yaranmasına təsir edir.

 

Cinsiyyət: Qadınlarda ikiqat daha çoxdur.

 

Yaş: 40 yaş və yuxarı

 

Xolesterol salan dərmanlar

 

Şəkər xəstəliyi: Yağ turşuları və trigliseritlər artar.

 

Sürətli arıqlamaq: Qaraciyərdən öd kisəsinə xolesterol ifrazı artar.

Çox pəhriz saxlamaq

Mədə kiçiltmə əməliyyatları

Mədə bipass əməliyyatları

Nazik bağırsaqların bir qisminin çıxarılması

 

Dərmanlar: Hamiləliyi əngəlləyən dərmanlar, menopozda dərman müalicəsi, xolesterol salan dərmanlar, Ceftriaxone adlı antibiotik, sidik qovucu dəmanlar.

 

Uzun müddət sadəcə damar yolu ilə qidalanma

 

Qaraciyər serozu

 

İflic, yatalaq olmaq

 

Crohn xəstəliyiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!