Vaginit nədir?

Vaginit nədir?
Qadın xəstəlikləri
10.09.2017 38
Sağlam uşaqlıq yolunun xüsusi mühiti vardır. Bu mühit onu təmiz saxlayır və infeksiyalardan qoruyur. Bəzən ondan axıntı başlayır və bu vaginit adlanır.



Vaginitlərin səbəbləri hansılardır?



Menstruasiya, ovulyasiya, seks, hamiləlik və ya klimaks, diabet, antibiotiklər - bütün bu səbəblər uşaqlıq yolunun daxili mühitinin dəyişməsinə səbəb ola bilər. Qadınların əksəriyyətinin həyatında vaginit olmuşdur. Vaginitin 4 tipi vardır:



Bakterial vaginoz

Trixomoniaz

Kandidoz

Atrofik vaginitlər



Bakterial vaginoz



Simptomları



İfrazatın olması.

İfrazat ağımtıl, bozumtul, sarımtıl olur və balıq iyi verir.

Qaşınma, yanğı və ağrı.

Simptomlar olmaya da bilər.



Ötürülməsi



Seks bakierial vaginoz əmələ gətirə bilər, lakin bakterial vaginoz seksual kontaksız da ola bilər.



Müalicəsi



Müalicə olunan xəstəlikdir.



Trixomoniaz



Simptomları



Köpüklü, sarımtıl və ya yaşımtıl və balıq iyli ifrazat.

Yandırma və qaşınma.

Simptomlar olmaya da bilər.



Ötürülməsi



Trixomoniaz adətən sekslə keçir. Həmçinin yaş dəsmallardan, əskilərdən, çimməkdən və s. ötürülür.



Kandidoz



Simptomları



Kəsmiyəbənzər ifrazat.

Ağ rəngli olub, maya iyi verir.

Qaşınma, yanğı və ağrı.

Seks rahatsız olur.



Ötürülməsi



Maya göbələyi infeksiyası sekslə ötürülür.



Müalicəsi

Maya göbələyinin müalicəsi şamlarla və tabletlərlədir.

Atrofik vaginit

Simptomları

Anormal ifrazat.

Qaşınma və yanğı.

Ötürülməsi



Esterogen hormonunun aşağı səviyyəsi ilə izah edilir. Bu da qadınlara klimaks zamanı təsir edir.



Müalicəsi



Estrogen krem.



Vaginitlər haqqında faktlar



Siz vaginal ifrazat dəyişməsinə diqqət etməlisiniz. Bu, ağ və qoxulu ifrazatın olmasıdır.

Tibb müəssisəsinə müraciət edin. Sizdəki ifrazat daha ağır problemlər yarada bilər.

Sizdə vaginitin bir neçə növü ola bilər və onların müalicəsinə bir neçə növ dərman lazım ola bilər. Müayinədən 24 saat əvvəl duş qəbul etməyin, aerozol və dezodarantdan istifadə etməyin. Bu, diaqnozun qoyulmasını çətinləşdirə bilər.

Sizə verilən dərmanları dəqiqliklə qəbul edin. Simptomlar getsə belə, dərmanların qəbulunu dayandırmayın. Vaginit geri qayıda bilər.

Müalicə qurtarmamış seks olmaz. Seks lateksli kondomla olmalıdır. Vaginitin müalicəsindən sonra sizin partnyorda əlamətlər qayıdırsa, о, yenidən müalicə olunmalıdır.

Vaginanı təmiz və quru saxlamaq lazımdır.

Dezodorant, maye sabun, duşdan istifadə etmək olmaz.

Dar alt paltarlanndan istifadə etməyin.

Tualetdən sonra təmiz yuyunmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!