Vaginizmin müalicəsi haqqında daha ətraflı

Vaginizmin müalicəsi haqqında daha ətraflı
Qadın xəstəlikləri
10.09.2017 15
Vaginizmin müalicəsində paralel olaraq qadının beynində yaratmış olduğu  " divar ” ( onun qorxuları üzərində) üzərində işlənilir.



Belə ki ,  insan zehninin süurlu və şüuraltı mərkəzi vardır. Biz nə ediriksə, nə düşünürüksə onu süurlu zehnimizin köməyi ilə edirik. Çünki süurlu zehnimiz məntiqlə çalışır. Vaginizm süurlu mərkəzin problemi olsaydı bunu məntiqlə düşünüb həll etmək olardı. Şüuraltı zehnimizi isə məntiqlə çalışdıra bilmirik. Biz qadına məntiqlə ( psixoloqlar belə etməyə çalışır ) başa sala bilmərik ki,cinsi əlaqədən qorxmasın , onu adi hal kimi qəbul etsin. Burdan göründüyü kimi vaginizmin səbəbi şüuraltında yaranır və müalicəsində də şüuraltı zehin korreksiya olunur. İnsan zehninin şüuraltı hissəsi 5-6 yaşından ta ölənə qədər bütün yaşanmış pis və yaxşı təcrübələri (hadisələri,xatirələri) kodlaşdırıb öz yaddaşında saxlayır. Bu pis və yaxşı təcrübələri heç bir şəkildə birdəfəlik silmək mümkün deyil! Çünki artıq o yaşanıb və şüuraltında özünə yer tutub.Neqativ təcrübələri ancaq pozitiv təcrübələrin köməyi ilə yumşaltmaq,əhəmiyyətsizləşdirmək olur. Müalicə zamanı yaşanmış olan,qorxuların yaranmasına səbəb olan pis təcrübələr üzərində xüsusi texnikalarla işlənilir və bundan sonra həmin o pis təcrübələr (hadisələr və ya xatirələr) qadın tərəfindən əhəmiyyətsizləşir. Elə bir şəkildə əhəmiyyətsizləşir ki, qadın əvvəllər beynindən çıxmadığı  pis təcrübələri müalicədən sonra heç yadına belə salmaq istəmir. Müalicə zamanı pis təcrübələr əhəmiyyətsizləşdirilərkən həmin hisslərin üzəri yaxşı təcrübələrlə əvəz olunur. Bu zaman da qadının vaginizm problemi birdəfəlik həll olunur. Müalicədən sonra qadın qorxmur , cinsi əlaqəyə adi hal kimi baxa bilir və  normal şəkildə icra edə bilir.



Dr. Günay Hacıyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!