Vaginizm olmasını ehtimal edənlər nə etməlidirlər?

Vaginizm olmasını ehtimal edənlər nə etməlidirlər?
Qadın xəstəlikləri
10.09.2017 73
Əgər qadın ailə qurduqdan sonra normal şəkildə cinsi əlaqəyə girə bilmirsə mütləq ilk növbədə bir ginekoloq və ultrason müayinəsində olmalıdır. Ultrason müayinəsində həkim qadının daxili cinsi orqanlarına diqqət yetirməlidir. Qadının vaginası varsa , deməli o vaginizm olsa da müalicə aldıqdan sonra cinsi əlaqədə ola biləcək. Əgər ultrason müayinəsində vagina görünmürsə, yəni  yoxdursa artıq bu anadangəlmə qüsurdur. Bu qüsurla qarşılaşdığınız zaman qadına vaginoplastika əməliyyatı təklif edərək  vagina (uşaqlıq yolu) yaradılır. Bundan sonra o cinsi həyat yaşaya biləcək vəziyyətə gətirilir.



Ginekoloqun müayinəsində əgər qadın həkimin ona toxunmasına , ginekoloji müayinəsinə icazə verə bilmirsə və görünən maneə (iltihabi proses,irinli,qızartılı törəmə və ya kista , herpes və s.) yoxdursa , deməli burada vaginizm əlamətləri mövcuddur. Belə olduğu halda qadın mütləq vaginizmin profesional müalicəsini həyata keçirən həkim mütəxəssisə müraciət edərək müalicə almalıdır. Müalicədən sonra qadın cinsi həyat yaşaya biləcək vəziyyətdə olur.



Dr. Günay Hacıyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!