Vaginizm psixoloji bir xəstəlikdir

Vaginizm psixoloji bir xəstəlikdir
Qadın xəstəlikləri
10.09.2017 65
Vaginizmin əsas səbəbi psixolojidir. Gənc qızlara yetkinlik çağından etibarən cinsəlliyin ayıb, pis və günah olaraq izah edilməsi, qızlıq pərdəsinin əhəmiyyətinin şişirdilməsi və ilk birləşmənin ağrı  verən, qanamağa səbəb olan bir təcrübə olacağının öyrədilməsidir. Bəzi vəziyyətlərdə başından keçən təcavüz və ya pis cinsi təcrübələr də vaginizm xəstəliyinin səbəbi ola bilər . Hamilə qalma, doğum və ya qızlıq pərdəsinin cırılması kimi qorxular da az görülməklə birlikdə bu xəstəliyin psixoloji səbəbləri arasında göstərilə bilər.



Sağlam və aktiv cinsi həyata sahib qadınlarda belə bəzi hallarda müvəqqəti də olsa vaginizm görülə bilər. Doğum və ya ginekoloji əməliyyatlar sonrası, böyük üzüntülər və əmizdirmə dövründə qadınlarda görülən cinsi istək azalması bu vəziyyətlərə nümunə olaraq göstərilə bilər. Vaginizmin bəzi vəziyyətlərində qızlarda heç bir səbəb göstərməyə bilər. Ümumiyyətlə "yaxşı qız olma sindromu" adı verilən hallarda da qızların daxili disiplinləri olduqca inkişaf etmiş və ənənəvi bir ailə quruluşuna sahib olduqları görülür.



Dr. Günay Hacıyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!