Vaginizm qadınlar hamilə qala bilirmi?

Vaginizm qadınlar hamilə qala bilirmi?
Qadın xəstəlikləri
10.09.2017 69
1-ci və 2-ci tip vaginizm qadınlar hamilə qala bilirlər. Çünki,1-ci tip vaginizm qadınlar  zəhmətli və ağrılı şəkildə qismən cinsi əlaqəyə girə bilirlər. 2-ci  tip vaginizm qadınlar yalnız cinsi orqanın toxunmasına icazə verə bildiklərinə görə spermanın vaginaya (uşaqlıq yoluna ) sızması mümkün olur və bunun da nəticəsində hamilə qala bilirlər. Hamilə qala bilən qadınlar körpələrini əməliyyat yolu ilə (Keysəriyə üsulu ilə) dünyaya gətirə bilirlər. Amma 3-cü tip vaginizmlər  heç toxunmaya da icazə verə bilmədiklərinə görə hamilə qala bilmirlər  və ömür boyu bakirə olaraq qalırlar.



Keçmişində vaginizm yaşamış qadınlar təbii yolla dünyaya uşaq gətirə bilməzlər. Çünki,onun vaginası travma almağa həssasdır. Vaginanın əvvəllər vaginizm olduğunu və travma almağa meylli olduğunu onun yadına salmamaq lazımdır. Təbii doğuş zamanı yarana biləcək gərginliklərə vaginanın reaksiyası kəskin yığılma ola biləcəyi üçün doğulacaq körpənin həyatı təhlükəyə girə bilər və anada vaginizm problemləri təkrarən yarana bilər. Elə bu səbəbdən də vaginizm qadınların dünyaya uşaq gətirməsi Keysəriyə əməliyyatı vasitəsilə həyata keçirilməsi daha məqsədə uyğundur.



Dr. Günay Hacıyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!