Doğuşdan sonra qəbizlik

Doğuşdan sonra qəbizlik
Qadın xəstəlikləri
10.09.2017 204
Hormonal qadının fonunda, orqanizmində və maddələr mübadiləsində kəskin dəyişikliklər baş verir. Hamilə qadının başı o qədər özünə və gələcək övladına qarışır ki, başqa bir şey düşünmür və bədənində baş verən hər nasazlığı hamiləliyə yozur. Düşünür ki, doğuşdan sonra düzələr. Budur, doğuş da oldu, bəs problemlər: əmələ gəlmiş cırıqlar, yırtıqlar, çıxmış damarlar və hemerroy, qəbizlik. Halbuki bu fəsadlaşmaların doğuşdan əvvəl yaranıb dərinləşməsinə imkan verməməliydiz.



Doğuşdan sonra qəbizliyin bir neçə səbəbi var:



Hormonal fonda dəyişiklik



Döş qəfəsi və qarın boşluğu əzələlərinin və bağlarının zəifləməsi.



Uşaqlığın təzyiqi. Doğuşdan sonra uşaqlıq hələ böyümüş şəkildə olur və bu ərəfədə hələ də düz bağırsağı sıxır. O, doğuşdan 8 həftə sonra kiçilir.



Doğuş zamanı bağırsağın yerləşməsinin dəyişməsi və normal yerinə qayıtması üçün müəyyən vaxt lazımdır.



Hamiləlikdə qidalanmanın pis olması və dölün təsirində bağırsağın peristaltikasının pozulması, zəifləməsi, hamilənin az maye qəbul etməsi üzündən susuzlaşma.



Hamiləlikdə və doğuşdan sonra süd verən ananın düzgün pəhrizinin olmaması.



Doğuş və bəzi səbəblərdən bağırsağın bəzi hissəsinin uzanması.



Doğuş sonrası psixoloji gərginlik və depressiya

Əgər həkim müayinə zamanı bağırsaq və uşaqlıqla bağlı fiziki səbəb görmürsə, deməli qəbzlik pəhriz, gündəlik qidalanma və psixoloji səbəblərdəndir. Əlbəttə, bu, keçici də ola bilər.



Əmizdirmə zamanı işlədici dərmanlar və ya çaylar içilə bilər, əlbəttə ki, həkimlə məsləhətdəşəndən sonra. Amma işlədici dərman çıxış yolu və müalicə deyil. Bağırsaq buna öyrəşər və təbii peristaltikası pozula bilər.



Təmiz havada çox olun, gəzin, ayaqlarınızı hərəkət etdirin.



Eləcə də rahatlaşdırıcı vanna, aromaterapiya, relaksmusiqi məsləhətdir ki, emosional baxımdan sakitləşəsiniz.



Südverən anaya qarabaşaq (qreçka), müslilər, yarma, qara çörək, kök, çuğundur, qabaq, kələm, meyvə kompotu, alma, ərik və yemiş yemək tövsiyyə olunur. Kartof, qızartma yeməklər, tünd çay, qəhvə, yumurta, qənnadı məmulatlarını azaldın. Şorbalar için.



Olmaz: Paxlalı bitkilərdən-mərci, lobya, noxud və s. qoz, fındıq, pendir, heyva, düyü, ağ çörək, giləmeyvələr.



Xalq təbabətindən:Təzə kartofun şirəsini çəkin və 1:1 nisbətində su ilə qarışdırın, yeməkdən yarım saat əvvəl gündə 2 dəfə stəkanın yarısı qədərində için. Əncir qurusunu 1 stəkan ilıq südə qatın, otaq temperaturunda soyudub gündə 3-4 dəfə içməklə 1 stəkanı qurtarın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!